orucun pozulması

0
0

Salam. Məndə axşam və səhər vaxtları qarın nahiyəsində bərk ağrılar olur və bunun ciddi bir problem ola biləcəyini öyrənib ramazan bitməmiş həkimə müraciət etməyi qərara aldım. Əgər həkim mənim mədəmi yoxlaması üçün mel içməli olsam bu mənim orucumu batil edəcəkmi. Əgər belədirsə onda ramazandan sonra bir gün artıq oruc tutmalıyam? Çox sağolun. Allah sizdən razı olsun.

1
0

Əgər bu işi şam azanından sonra etmək və ya Ramazan ayından sonraya saxlamaq mümkündürsə, fəsad baş verməyəcəksə gərək edilməsin. BU cür halda edilsə qəza və həm də kəffarə vacib olar. Yox əgər gedilməyəcəyi təqdirdə fəsada düşmə təhlükəsi olarsa edə bilər. BU zaman bir gün qəza orucu tutmalı olacaq.

1 nəticə görsənir
Sizin cavabınız