Salam bir nəfər səfərə çıxır səfərə çıxdığı müddət ərzində bu insanda dözümsüzlük olmur bu adam orucu tamamlaya bilərmi? Zəhmət olmasa ətraflı məlumat verə bilərsizmi müsafirin orucu haqqında bəziləri deyir ki bu peyğəmbər zamanına görə nazil olmuşdu o zamanda insanlar dəvə ilə hərəkət edirdilər ona görə amma indi ki zamana aid deyil
- Zaur soruşub 1 həftə əvvəl
- last edited 1 həftə əvvəl
Salam
əgər şəxs zöhrdən əvvəl səfər sayılacaq yerə, yəni vətən sayılan məntəqədən gediş-gəlişi ümumilikdə 44 kmdən artıq olan yerə gedirsə, məntəqədən 2-3 km aralandıqdan sonra orucu pozular. Əgər zöhrdən sonra yola çıxsa orucunu tutmalıdır.
Səfər sayılacaq yerdə 10 gündən artıq qalarsa orada orucunu tutmalıdır. Əgər 10 gündən az qalacaqsa və ya neçə gün qalacağını bilmirsə, o zaman oruc tuta bilməz. Burada dözümlü olub olmaması arasında fərq etmir.
Qaldı Peyğəmbər(s.ə.a.s.) dövrüylə indiki dövr arasında olan fərqə, o zaman vacib olan və ya haram olan hər şey indi üçün də keçərlidir. Mübarək hədisdə buyurulduğu kimi Peyğəmbərin vacib etdikləri və ya qadağan etdikləri qaydalar Qiyamətə qədər keçərlidir.
- Kerbelayi Anar Huseyni cavablandırdı 1 həftə əvvəl
