Namaz qilanin paltari

0
0

Salamun aleykum. Mercei-teqlid Ayatullah Fazil Lankarani (r). Haram yolla cunub olan shexsin terine bulashmish paltarda namaz qilmaq olarmi? Cox xahish edirem ayatullah Fazil Lankaraniden bashqa diger e’lem muctehidlerinde re’ylerini qeyd edin. Cox sagolun, vas-salamun aleykum.

0
0

Salam

Şeyx Fazil Lənkəraninin(ALLAH rəhmət eləsin) rəyinə əsasən, hаrаmdаn cünub оlаn şәхsin tәri nәcis dеyil. Аmmа еhtiyаt-vаcib budur ki, о tәrә bulаşаn bәdәn vә yа pаltаrdа nаmаz qılınmаsın.

Şeyx Vəhid Xorasani(ALLAH ömrünü uzun eləsin) :
Haram yolla cünub olanın təri pakdır və onunla namaz qılmamaq ehtiyat vacibdir. Heyzli halda olan öz əyalı ilə yaxınlıq edən də haramdan cünub olanın hökmündədir.

Seyyid Əli Huseyni Sistani(ALLAH ömrünü uzun eləsin) :
Haram yolla cünub olanın təri pakdır, onunla namaz qılmaq səhihdir.

1 nəticə görsənir
Sizin cavabınız