Namaz

0
0

Salam. Axşamınız xeyir.Çox vacib işlə əlaqədar olaraq 1günlüyə başqa şəhərə gedəcəm.Ailə üzvüm namaz əhli deyil deyə məni hardasa namaz qılmaqçün aparan deyil. Çox əlacsızam nə edim? Getməsəm də olmaz demək olar ki həyatım bundan asılıdır. işarə ilə namazı qıla bilərəm bu halda?əgər dəstnamaz almağıma su, təyəmmümə də torpaq tapmasam namazı sadəcə işarə ilə qılıb, evə gələndə qəzasın qıla bilərəm? Kəffarə düşməz ki? əvvəlcədən təşəkkür edirem. Çox sağ olun.

0
0

Namazı qəzaya vermək icazəli deyil. Şərait qurmaq üçün səy etmək lazımdır. SUal verdiyiniz halda, dəstəmaz və təyəmmüm üçün heç bir imkan olmadıqda, namazın vaxtı bitənə qədər bunu yaratmaq imkanı yoxdursa namaz insanın boynundan götürülər. Bunun üçün imkan olduqda qəzası edilməlidir. Bu hal sualı verdiyiniz təqdirdədir. Lakin bunun üçün çalışmaq lazımdır.

1 nəticə görsənir
Sizin cavabınız