Salam Ələykum.Əgər günaha düşmək ehtimalı olmasa,şəhvət və ehtiras artırmayacaqsa,naməhrəmlə real həyatda və yazışaraq zarafat etmək olarmı ?
Sistani ağanın saytında sual-cavab bölməsində yazılmışdı ki:internetdə naməhrəmlə zarafat etmək olmaz. Buna bir aydınlıq gətirərsiz zəhmət olmasa
- Vüqar soruşub 3 il əvvəl
Salam.
Şəhvət və ehtiras yaratmayacağına əminlik olarsa, bu mövzulardan kənar zarafat etmək özlüyündə icazəlidir.
- Kerbelayi Anar Huseyni cavablandırdı 2 il əvvəl