Nafilə namazı

0
0

Nafila namazlari nece ruketdi ve nece qilinir

0
0

Gündəlik nafilələr cümə günü istisna olmaqla digər günlərdə 34 rükətdir və aşağıdakılardan ibarətdir:
Səkkiz rükət zöhr nafiləsi, səkkiz rükət əsr nafiləsi, dörd rükət məğrib nafiləsi, iki rükət işa nafiləsi, on bir rükət gecə nafiləsi (bu on bir rükətin səkkizi gecə nafiləsi niyyəti ilə, iki rükəti şəf namazı niyyəti ilə, bir rükəti isə vitr namazı niyyəti ilə qılınır) və iki rükət sübh nafiləsi.
İkirəkətlik işa nafiləsi, vacib ehtiyata əsasən, oturaq vəziyyətdə qılınmalı olduğuna görə bir rükət hesab edilir. Beləliklə, bu nafilələr cəmi 34 rükətdir.
Cümə günü on altı rükət zöhr və əsr nafilələrinin üzərinə dörd rükət də əlavə edilir və cəmi iyirmi rükət olur.
Qeyd etmək lazımdır ki, vitr namazı istisna olmaqla digər nafilələr ikirəkətli namaz kimi qılınır.

1 nəticə görsənir
Sizin cavabınız