Mütə haqqında

Cavablandırılıb
0
1

Salam aleykum əziz və dəyərli qardaşlar.
Bir qardaş belə bir sual verir.
Deyir ki, mən bir xanımla müvəqqəti kəbin kəsdirməy isdəyirəm Xanım əvvəl nişanlı olub, nişanlı olduğu müddətdə bu cinsi əlaqədə olub.
Bu səbəbdədə bakirə deyil.
Belə bir xanımla müvəqqəti kəbin kəsdirməy olar?
Amma ər evinə getməyib.
Nişanı geri qayıdıb.
Qadının ailəsi və tanışları qadını qız (bakirə) bilir.
O qardaş belə deyir.
Deyir mən xanıma desəmki bu kəbinə görə sənin valideynüvin icazəsi olmalıdı, oda desə ki, valideynimnən  icazə aldım.
Bu qadına inanmağ olar?
Hansıkı düz danışdığını dəqiq bilmirəm.
Qadının atası dünyasın dəyişib.
(Bu qadının babasıda dünyasın dəyişibsə nə etməlidir?)

Çox xahiş edirəm suallara cavab yazasuz.

Diqqətinizə görə çox sağolun.

Mükəmməl cavab
0
0

Salamun aleykum
Seyyid Əli Sistani həzrətlərinin rəyinə əsasən bakirəliyi pozulmuş qadın o qadındır ki şəri üsullarla evlənmiş , yaxınlıq olmuş, sonradan ayrılmış təlağı oxunmuş olsun. Bu halda qadının ixtiyarı özündə olar. Başqa qeyri şəri yollarla, zina və ya ehtiyatsızlıq ucbatından bakirəliyi pozulmuş olsa da bakirənin hökmlərinə tabe olar. Yəni ixtiyarı atasında və ya atasının atasında olar.
Atası vı və ata tərəfdən babası olmayan qadının bu məsələdə ixtiyarı öz əlində olar.
Qadının iddiasından xatircəmlik hasil olursa sözünə inanmaq olar.
Minnətdarıq…

1 nəticə görsənir
Sizin cavabınız