Müsafir

0
0

Salam
Men Baki seherinden 17 km mesafede bine qesebesinde yasayiram ve is yerimde (20 yanvar) şəhərdədir. Yaşadığım yerdən iş yerimə olan məsafə 22 km dan çoxdu. İndi soruşmaq istərdim mənim namazlarım tamdır və əgər mən şəhərdən başqa yerə getsəm məs, lənkərana, namazı qəsr qılmalıyam ya yox?

-1
0

Diqqət edin.
Əgər Bakı şəhərində, günün 24 saatı olursunuzsa, ayda ən az 22 dəfə gəlsəniz, bu səfər ən az il yarım davam edəcəksə, ya da 15 dəfə gəlsəniz, ən az 3 il davam edəcəksə, gün ərzində 12 saat qaldığınız təqdirdə, ayda 22 gün qalıb, ən az 3 il davam edəcəksə, ya 15 gün qalıb da, 5 il davam edəcəksə, ya da gün ərzində 8 saat Bakıda olacaqsınızsa, ayın ən az 20 günü, 6 saat qalacaqsınızsa ayın ən az 22 günü və bu minvalla da 4 il gediş gəliş olacaqsa, Bakı sizinçün müvəqqəti vətən hökmünə daxil olur. Siz Bakı şəhəri daxilində namazlarınızı tam qılırsınız, digər bölgələrə səfərə getdikdə isə, gediş gəliş 44 kmdən çox olacaqsa namazı qəsr qılacaqsınız. Deyilən müddətlərdən az olduğu təqdirdə isə Bakıda, Binənin çıxışından etibarən gediş gəlişi 44 km olan məsafəyə yetişdikdə namazı qəsr qılacaqsınız. Və bu səfər hər ayda 10 gündən çox olacaqsa, ilin ən az 6 ayı belə davam edəcəksə siz çox səfər edən sayılırsınız və hər yerdə namazı bütöv qılacaqsınız.

1 nəticə görsənir
Sizin cavabınız