Salam Aleykum. Mən ailəliyəm və bir yerde oxumusdum ki qadin evdə olsa yaxsidi ki namherem gorməsin onu. Mən oz ehtiyaclarimi odəmək ucun işləsəm ki yoldasma cetinlik olmasin və bu gunah sayilir? Təqlid Sistani ağa
- Mominə soruşub 2 ay əvvəl
- last edited 2 ay əvvəl
Salam.
Bu diqqət olunmalı bir məsələdir. Qadının evdə oturması onun özünü və ərinin namusunu qorumaq üçün çox yaxşı haldır. Lakin bu onun çölə çıxmasının haram olması anlamına gəlmir. Haram olan , qadının naməhrəm kişilərin nəzərini çəkəcək həddə bəzənib ətirlənib çölə çıxmasıdır. Bu şərtlərə riayət edildiyi təqdirdə çölə çıxmağın heç bir eybi yoxdur.
- Kerbelayi Anar Huseyni cavablandırdı 2 ay əvvəl
