Salam men el ve ayaq.qelibi çıxarıb heykel kimi duzeldirem bu haramdi?
- Eli soruşub 8 il əvvəl
- last edited 8 il əvvəl
İnsan, heyvan və bu kimi canlıların taxtadan, daşdan, şamdan və ya hər hansı bir metaldan düzəldilmiş heykəl halında olan təsviri vacib-ehtiyata əsasən bu cür təsvir (heykəl) mütləq surətdə haramdır. İstər həmin heykəl tam vəziyyətdə olan bir heykəl olsun, məsələn; bütün əzaları yerində olan insan heykəli, istər tamın hökmündə olan vəziyyətdə olsun, məsələn; əllərini belinə qoymuş insan heykəli. İstərsə də həmin heykəl naqis vəziyyətdə olan bir heykəl olsun. Məsələn; qurşaqdan yuxarısı düzəlmiş insan heykəli. Həmçinin naqis olan vəziyyətdə isə, istər naqis olan hissə insan üçün “baş” kimi əsas olan bir üzv olsun, istər “qol” kimi əsas olmayan bir üzv olsun, fərq etməz. Amma canlıların yalnız “baş”, “ayaq” və sair bədən üzvlərinin heykəlini düzəltməyin heç bir eybi yoxdur (çünki bu sadəcə bir bədən üzvüdür, naqis heykəl deyil).
- Kerbelayi Anar Huseyni cavablandırdı 8 il əvvəl
Sizin cavabınız
