Haram iş

0
0

Salam aleykum.

“Ayıq sürücü xidməti” adlı xidmət şirkətləri var. Bu xidmətin məqsədi, (Zahirdə belə görünür) sərxoş sürücülərin avtomobil idarə etməsinin qarşısını alıb həm sərxoş sürücünün, həm də piyadaların həyatı üçün yarana biləcək təhlükə riskini azaltmaqdır. Belə ki, bu xidmətdə fəaliyyət göstərən işçilər çağırış əsasında gəlib sərxoş sürücülərin avtomobilini idarə edir və sərxoş sürücüləri həmdə onların avtomobillərini hər hansı bir ünvana aparırlar.

Onuda qeyd edim ki, bəzən insanlar belə şirkətlərə arxayın olaraq spirtli içki içirlər ki, onsuzda gəlib bu şirkətin sürücüləri onları aparacaq.

Sual belədir: dindar möminlər və yaxud qeyri dindarlar həmin xidmətdə işləyə bilərlərmi ?

Zəhmət olmasa Ayətullah Seyid Sistani və Ayətullah Xameni ağanın, bu məsələdə fikirini deyərdiz.
Öncədən təşəkkürlər.

0
0

Salam

Qeyd edilən bu işdə işləmək icazəlidir.

1 nəticə görsənir
Sizin cavabınız