Faiz

0
0

Salam Aleykum. Xahiş edirəm sualıma cavab yazasınız. Mənim atam faiz verməklə məşğuldur. Elə olurki 1000 azn borc verir ancaq 1200 azn verdiyi şəxsdən alır. Bilirəm 1000 manat təmiz halal puludur lakin 200 manatı isə bütünlüklə sələmdir. Halal pullarna əl dəymir ancaq faizin hesabına yaşayır. Mən muhasibatlıq kursuna yazılmaq istəyirəm lakin atam mənə halal puldan yox sırd faizin pulundan verirki al götür yazıl dərsə öyrən. Halal pulun qoyur şkafına istifadə etdiyi ancaq artıq aldıqı hissələrdi. Men o puldan istifadə edərək dərsə yazıla bilərəm? İstəyirəm dərsə aid proqramı öyrənim. Öyrənməyədə bilərəm lakin həvəsim var öyrənməyə. Atamın mene verdiyi o sırf faizden aldıqı artıq puldan istifadə edə bilərəm? Ya o puldan istifadə haramdır? Çünki 100 ə% bilirəmki istifadə etdiyi ancaq artıq aldıqı pullardı. Belə olan halda o puldan istifadə edə bilərəm mən ya necə? Əvvəldəcən təşəkkür edirəm.

0
0

Artıq qaytaran adamın, o artıq qaytarılan hissənin xərclənməsi üçün icazəsi varsa, ki adətən belə olur, o puldan istifadə etmək olar. Lakin hər bir halda atanız tərəfindən görülən iş haram, artıq pul almaq da haramdır. Burda fərq sadəcə o puldan istifadə üçün, pul qaytaran adamın icazəsidir.

1 nəticə görsənir
Sizin cavabınız