Salam aleykum əziz və dəyərli qardaşlar.
Ailəmiz 5-nəfərdən ibarətdir.
Atam,anam,zövcəm,qızım və mən.
(Ailənin tək oğlu olduğum üçün) atam və anamnan bir evdə qalıruğ.
Atam və anam namaz əhli deyillər.
Anam ankaloji xəsdədi.
Həkimlər anamın xəsdəliyi ilə əlaqədar bəzi dəyirmanları və əsəbləşməməyi (nəyinsə fikin ürəyinə salmamağı) məsləhət görür.
Bəzən qohumlar,qonşular və ya tanışlar tərəfinnən toy dəvətnaməsi gəlir.
Toyda arağ olur, kişi qadın biryerdə olur və musiqidə olur.
Belə bir toya getmirəm. Mənim toya getməməyim anamın hirslənməyinə səbəb olur. Anamda hirsənəndə aperaçiya olduğu yeri ağrıyır, sancır, işdahsızlığı olur, ailədə uzun müddət söz-söhbət olur və sair.
Deyir məndə hamı kimi isdəyirəm ki, toyda ailəmnən (balamnan, gəlinimlə və nəvəmlə) bir yerdə oturum. Deyir gedirəm toya orda camaatı görürəm ki, ailəsi ilə bir yerdə deyir, gülür, oynuyur və sairə.
Bilmək isdəyirəm ki, mənim şərii vəzifəm nədir?
Mən ailəmlə anama görə belə bir məclisə gedə bilərəm ya yox?
Diqqətinizə görə çox sağolun. Təşəkkür edirəm.
- ELÇİN soruşub 9 il əvvəl
- last edited 9 il əvvəl
Salamun aleykum
Eyş işrət məclisləri, musiqili və içkili məclislərdən çəkinmək vacibdir. Valideynin istəyi burda önəmli deyil. İştirakın özü haramdır. Mümkün qədər yumşaq dildə ailənizin razılığını almağa cəhd edin.
ALLAH müvəffəq eləsin
- Kerbelayi Anar Huseyni cavablandırdı 9 il əvvəl