evlilik

Cavablandırılıb
0
0

Salam aleykum evlilikde zihar ve ila ne demekdir mumkunse izahli cavab vererdiz

Mükəmməl cavab
0
0

Salamun aleykum

1. Zihar
?”Zihar”-zəhr- sözündəndir. Zəhr isə “bel” deməkdir. Zihar, yəni belə oxşatmaq.
?Kişi xanımını özünə nisbətdə öz anasının beli kimi hesab edir və və onunla yaxınlıq etməyi özünə haram edir.
?Əgər bir şəxs xanımına “sən mənə anamın beli kimisən” deyərsə, xanımıyla yaxınlıq etmək ona haram olar. Amma başqa ləzzətlər ala bilər xanımından.
?Xanımla yaxınlıq etmək üçün kişinin kəffarə verməsi vacibdir.
?Əgər xanımını anasının belindən başqa bir yerinə oxşadarsa, zihar baş tutmaz.
?Əgər kişi bel sözünü elə ana sözüylə əvəz edərsə, yəni sən mənə anam kimisən desə, zihar baş tutmaz.
?Əgər kişi xanımını öz qızına, bacısına, xala və bibisinə oxşadarsa zihar baş tutumuş olar.
?Xanım öz ərinə zihar edə bilməz.
?Ziharda şərtdir ki, iki adil şəxs ziharı eşitsin.
?Ziharda həmçinin şərtdir ki, kişi baliğ olsun, dəli olmasın, ixtiyarı öz əlində olsun, qəsdi olsun və qəzəbli halda deməsin.
?Zihar edilmiş xanımda şərtdir ki, heyz və nifasdan pak olsun. Paklıq dövründə əri onunla yaxınlıq etməsin. Duxul olunmuş olsun.
?Ziharın kəffarəsi budur ki, qul azad edilsin, əgər aciz olsa iki ay ardıcıl oruc tutulsun, əgər bu da çətin olarsa 60 miskini doydursun.
?Kəffarədən əvvəl neçə dəfə yaxınlıq edilərsə kəffarə də təkrarlanar.

2. İyla
?”İyla” anddır. Kişi öz daimi əqdində olan xanımına zərər vermək üçün and içir ki, onunla ya əbədi olaraq, ya da 4 aydan çox olmaqla öndən yaxınlıq etməyəcək.
?Müvəqqəti əqddə olan xanımla iyla edilərsə, baş tutmaz.
?4 aydan az olan müddətə and içilərsə baş tutmaz.
?Özündən və ya xanımından cinsi bir zərəri və ya bu kimi şeyləri dəf etmək üçün and içilərsə baş tutmaz.
?Gərək xanım, arxadan olsa belə, duxul olunmuş xanım olsun.
?İyla edən şəxsdə şərtdir ki, baliğ olsun, aqil olsun, ixtiyari öz əlində olsun, qəsdi olsun.
?Xədim olan şəxsin iyla etməsi baş tutmaz.
?And yalnız Allahın adına və ona məxsus adlara içilməlidir.
?Andın ərəbcə olması və aşkar sözlə olması lazım deyil. Yəni, anddan sonra “səninlə yaxınlıq etməyəcəm” kimi söz deyilərsə kifayət edər.
?İyla baş tutandan sonra xanım səbr edə bilirsə etsin. Edə bilməsə şəri hakimə müraciət etsin. Şəri hakim də 4 ay möhlət verəcək. Əgər fikrindən dönüb qayıdarsa və yaxınlıq edərsə kifayətdir. Əks halda iki yoldan birini seçməlidir. Ya qayıtmaq ya da təlaq vermək. Heç birini etməsə həbs olunar və yemək içməyi az verilər ta birini seçənə qədər. Əks halda hakim özü təlaq verər.
?İyladan sonra xanımıyla yaxınlıq edərsə, andını pozduğuna görə kəffarə verməsi vacib olar.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Bunlardan əlavə hökümləri bilmək üçün geniş məzmunda yazılan kitablara müraciət olunmalıdır.
Vəssəlamu ələykum və rəhmətullah.

1 nəticə görsənir
Sizin cavabınız
Post as a guest by filling out the fields below or if you already have an account.
Adınız*
E-poçtunuz (vacib deyil)
Website