Dua

Cavablandırılıb
0
0

Salam eleykum imam Eli e dan meslul duasi deyirler duzgun duadi o?hacet isteme ucun deyirler duzdu bu?

Mükəmməl cavab
0
0
salam

belə bir dua var. istənilən bir dua üçün ixlasla oxumaq , ardınca hacəti istəmək, inşaAllah ki faydalı olar.
Dua belədir:

Əllahummə inni əs`əlukə biismikə bismillahir rəhmanir rəhim, ya zəl cəlali vəl ikram, ya həyyu ya qəyyum ya həyyu la ilahə illa ənt, ya huvə ya mən la yə`ləmu ma hu, və la kəyfə huvə və la əynə huvə və la həysu huvə illa hu, ya zəl mulki vəl mələkuti ya zəl izzəti vəl cəbərut, ya məliku ya quddusu ya səlamu ya mu`minu ya muhəyminu ya əzizu ya cəbbaru ya mutəkəbbir, ya xaliqu ya bariu ya musəvviru ya mufidu ya mudəbbiru ya şədidu ya mubdiu ya muid, ya mubidu ya vədudu ya məhmudu ya mə`bud, ya bəidu ya qəribu ya mucibu ya rəqibu ya həsib, ya bədiu ya rəfiu ya məni`, ya səmiu ya əlimu ya həlimu ya kərimu ya həkimu ya qədim, ya əliyyu ya əzimu ya hənnanu ya mənnanu ya dəyyanu ya məstəan, ya cəlilu ya cəmilu ya vəkilu ya kəfil, ya muqilu ya munilu ya nəbilu ya dəlil, ya hadi ya badi ya əvvəlu ya axiru ya zahiru ya batin, ya qaimu ya daimu ya alimu ya hakimu ya qazi ya adil, ya fasilu ya vasilu ya tahiru ya mutəhhəru ya qa-diru ya muqtədir, ya kəbiru ya mutəkəbbiru ya vahidu ya əhədu ya səməd, ya mən ləm yəlid və ləm yuləd, və ləm yəkun ləhu kufuvən əhəd, və ləm yəkun ləhu sahibətun və la kanə məəhu vəzir, və ləttəxəzə məəhu muşirən və ləhtacə ila zəhir, və la kanə məəhu min ilahin ğəyruh, la ilahə illa ənt, fətəaləytə əmma yəquluz zali-munə uluvvən kəbira, ya əliyyu ya şamixu ya bazixu ya fəttahu ya nəffahu ya murtahu ya mufərric, ya nasiru ya mu-ntəsiru ya mudriku ya muhliku ya muntəqim, ya baisu ya varisu ya talibu ya ğalib, ya mən la yəfutuhu haribun ya təvvabu ya əvvabu ya vəhhab, ya musəbbibul əsbabi ya mu-fəttihəl əbvab, ya mən həysu ma duiyə əcab, ya təhuru ya şəkuru ya əfuvvu ya ğəfur, ya nurən nuri ya mudəbbirəl umuri ya lətifu ya xəbiru ya mucir, ya muniru ya bəsiru ya zəhiru ya kəbir, ya vitru ya fərdu ya əbədu ya sənədu ya səməd, ya kafi ya şafi ya vafi ya muafi, ya muhsinu ya muc-milu ya mun`imu ya mufzilu ya mutəkərrimu ya mutəfərrid, ya mən əla fəqəhər, ya mən mələkə fəqədər, ya mən bətənə fəxəbər, ya mən ubidə fəşəkər, ya mən usiyə fəğəfər, ya mən la təhvihil fikəru və la yudrikuhu bəsir, və la yəxfa ələyhi əsər, ya raziqəl bəşər, ya muqəddirə kulli qədər, ya aliyəl məkani ya şədidəl ərkan, ya mubəddiləz zəmani ya qabiləl qurban, ya zəl mənni vəl ihsan, ya zəl izzəti vəs sultan, ya rəhimu ya rəhman, ya mən huvə kullə yəvmin fi şə`n, ya mən la yəşğuluhu şə`nun ən şə`n, ya əziməş şə`ni ya mən huvə bikulli məkan, ya samiul əsvati ya mucibəd dəəvat, ya muncihət təlibat, ya qaziyəl hacat, ya munziləl bərəkat, ya rahiməl əbərat, ya muqiləl əsə-rat, ya kaşifəl kurubat, ya vəliyyəl həsənat, ya rafiəd dərəcat, ya mu`tiyəs sualat, ya muhyiyəl əmvati ya camiəş şətat, ya muttəliən ələn niyyat, ya raddə ma qəd fat, ya mən la təştəbihu ələyhil əsvat, ya mən la tuzciruhul məs`əlat, və la təğşahuz zulumat, ya nurəl ərzi vəs səmavat, ya sabiğən niəm, ya dafiən niqəm, ya bariən nə-səm, ya camiəl uməm, ya şa-fiyəs səqəm, ya xaliqən nuri vəz zuləm, ya zəl cudi vəl ikram, ya mən la yətəu ərşəhu qədəmun ya əcvədul əcvədin, ya əkrəməl əkrəmin ya əsməəs samiin, ya əbsərən nazirin, ya carəl mustəcirinə ya əmanəl xaifin, ya zəhərəl lahicinə ya vəliyyəl mu`minin, ya ğiyasəl mustəğisinə ya ğayətət talibin, ya sahibə kulli ğəribin ya mu-nisə kulli vəhid, ya məlcəə kulli təridin ya mə`va kulli şərid, ya hafizə kulli zallətin ya rahiməş şəyxil kəbir, ya raziqət tiflis səğir ya cabirəl əzmil kəsir, ya fakkə kulli əsir ya muğniyəl fəqir ya ismətəl xaifil mustəcir, ya mən ləhut tədbiru vət təqdir, ya mənil əsiru ələyhi səhlun yəsir, ya mən la yəhtacu ila təfsir, ya mən huvə əla kulli şəy`in qədir, ya mən huvə bikulli şəy`in xəbir, ya mən huvə bikulli şəy`in bəsir, ya mursilər riyahi ya faliqəl isbah, ya baisəl ərvahi ya zəl cudi vəs səmah, ya mən biyə-dihi kullu miftah, ya samiə kulli səvtin ya sabiqə kullə fəvt, ya muhyiyə kulli nəfsin bə`dəl məvt, ya uddəti fi şiddəti ya hafizi fi ğurbəti, ya munisi fi vəhdəti ya vəliyyi fi ni`məti, ya kəhfi hiynə tu`yinil məzahib, və tusəllimunil əqaribu və yəxzuluni kullu sahib, ya imadə mən la imadə ləh, ya sənədə mən la sənədə ləh, ya zuxrə mən la zuxrə ləh, ya hirzə mən la hirzə ləh, ya kəhfə mən la kəhfə ləh, ya kənzə mən la kənzə ləh, ya ruknə mən la ruknə ləh, ya ğiyasə mən la ğiyasə ləh, ya carə mən la carə ləh, ya cariyəl ləsiqə ya rukniyəl vəsiq, ya ilahi bit təh-qiqi ya rəbbəl bəytil ətiq, ya şə-fiqu ya rəfiq, fukkəni min hələqil məziq, vəsrif ənni kullə həmmin və ğəmmin və ziq, vək-fini şərrə ma la utiq, və əinni əla ma utiq, ya raddə Yusufə əla Yə`qub, ya kaşifə zurri Əyyubə ya ğafirə zənbi Davud, ya rafiə İsabnə Məryəmə və munciyəhu min əydil yəhud, ya mucibə nidai Yunisə fiz zulu-mat, ya mustəfiyə Musa bil kəlimat, ya mən ğəfərə liadəmə xətiətəh, və rəfəə İdrisə məkanən ələyyən birəhmətih, ya mən nəcca Nuhən minəl ğərəq, ya mən əhləkə Adənil ula və Səmudə fəma əbqa və qəvmə Nuhin min qəbl, innə-hum kanu hum əzləmə və ətğa, vəl mu`təfikətə əhva, ya mən dəmmərə əla qəvmi Lutin və dəmdəmə əla qəvmi Şuəyb, ya mənit təxəzə İbrahimə xəlilən ya mənit təxəzə Musa kəlima, vəttəxəzə Muhəmmədən səlləl-lahu ələyhi və alihi və ələyhim əcməinə həbiba, ya mu`tiyə Luqmanəl hikmətə vəl vahibə li Suləymanə mulkən la yənbəği liəhədin min bə`dih, ya mən nəsərə Zəlqərnəyni ələl mulukil cəbabirəh, ya mən ə`təl Xizrəl həyatə və əddə li Yuşəəbni Nuniniş şəmsə bə`də ğurubiha, ya mən rəbətə əla qəlbi ummi Musa, və əhsənə fərcə Mər-yəməbnəti İmran, ya mən həssənə Yəhyəbnə Zəkəriyya minəz zənb, və səkkənə ən Musəl ğəzəb, ya mən bəşşərə Zəkəriyya bi Yəhya, ya mən fəda İsmailə minəz zəbhi bizibhin əzim, ya mən qəbilə qurbanə Habilə və cəələl lə`nə-tə əla Qabil, ya haziməl əhzabi li Muhəmmədin səlləllahu ələy-hi və alih, səlli əla Muhəm-mədin və ali Muhəmməd, və əla cəmiil mursəlinə və məlaikə-tikəl muqərrəbin, və əhli taə-tikə əcməin, və əs`əlukə bikulli məs`ələtin səələkə biha əhədun mimmən rəzitə ənhu fəhətəmtə ləhu ələl icabəh, ya Əllahu ya Əllahu ya Əllah, ya rəhmanu ya rəhmanu ya rəhmanu ya rəhimu ya rəhimu ya rəhim, ya zəl cəlali vəl ikram, ya zəl cəlali vəl ikram, ya zəl cəlali vəl ikram, bihi bihi bihi bihi bihi bih, əs`əlukə bikulli ismin səmməytə bihi nəfsək, və ənzəltəhu fi şəy`in min kutubik, əvistə`sərtə bihi fi ilmil ğəybi indək, və biməaqidikəl izzi min ərşikə və bimuntəhər rəhməti min kitabik, və bima ləv ənnə ma fil ərzi min şəcərətin əqlam, vəl bəhru yəmudduhu min bə`dihi səb`ətu əbhur, ma nəfidət kəlamatullahi innəllahə əzizun həkim, və əs`əlukə biəsmaikəl husnəlləti nəəttəha fi kitabik, fəqultə və lillahil əsmaul husna fəd`uhu biha, və qultə ud`uni əstəcib ləkum, və qultə və iza səələkə ibadi ənni fəinni qəribun ucibu də`vətəd dai iza dəan, və qultə ya ibadiyəlləzinə əsrəfu əla ən-fusihim, la təqnətu min rəh-mətillah, innəllahə yəğfiruz zu-nubə cəmia, innəhu huvəl ğə-furər rəhim, və ənə əs`əlukə ya ilahi və əd`ukə ya rəbbi və ərcukə ya səyyidi, və ətməu fi icabəti ya məvlayə kəma vəəd-təni, və qəd dəəvtukə kəma əmərtəni, fəf`əl bi ma əntə əh-luh, ya kərimu vəl həmdu lil-lahi rəbbil aləmin, və səlləllahu əla Muhəmmədin və alihi əcməin.
İlahi, “Bismillahir-Rəhmanir-Rəhim” adının vasitəsilə Səndən istəyirəm. Ey calal və ehsan sahibi! Ey diri, ey əbədi! Ey Səndən başqa heç bir tanrı olmayan diri! Ey Özündən başqa, Onun kim, necə, harada və hansı tərəfdə olduğu heç kimə bəlli olmayan! Ey mülk (hakimiyyət) və mələkut sahibi! Ey izzət və iqtidar sahibi! Ey hökmdar, ey pak və eyiblərdən uzaq olan! Ey əmin-amanlıq verən, ey əmniyyət verən! Ey hər bir şeyə əhatəsi olan! Ey izzətli, ey qüdrətli, ey əzəmət sahibi! Ey yaradan, ey yoxdan xəlq edən, ey sima verən, ey mənfəət verən, ey nizama salan! Ey işlərində möhkəm, ey məxluqatı yaratmağa başlayan, ey məxluqatın dönüş yeri! Ey zalımları məhv edən, ey xeyirxahların dostu! Ey tərif olunan, ey pərəstiş edilən! Ey hər şeydən uzaq, ey hər şeydən yaxın! Ey qəbul edən, ey qoruyan, ey məxluqatın sayını bilən, ey hər şeyin xaliqi! Ey məqamı uca, ey əzəmətli, ey eşidən, ey agah, ey həlim, ey kəramətli, ey hikmətli, ey əzəli, ey uca, ey böyük, ey bəndələrə mehriban olan! Ey nemət bəxş edən, ey cəzalandıran, ey yardım edən! Ey şöhrətli, ey gözəl, ey vəkil, ey zamin! Ey xətaları bağışlayan, ey nemət verən! Ey böyük, ey yolgöstərən, ey başlanğıc, ey əvvəl, ey axır, ey zahir, ey batin, ey daimi, ey əbədi, ey xəbərdar! Ey hakim, ey qazı, ey adil! Ey ayıran, ey qovuşduran! Ey pak, ey paklayan! Ey qadir, ey qüdrətli, ey əzəmətli, ey əzəmətini aşkar edən! Ey yeganə olan, ey tək olan! Ey ehtiyacsız, ey doğmayan və doğulmayan, ey tayı-bərabəri, zövcə və yardımçısı olmayan! Ey məsləhətçi və hamiyə ehtiyacı olmayan! Ey onunla birgə digər bir məbudun olmadığı! Səndən başqa heç bir məbud yoxdur. Sən zalımların dediklərindən daha uca və böyüksən! Ey məqamı uca olan, ey (bağlı qapıları) açan, ey əta edən! Ey sevinc bəxş edən, ey asudəlik yaradan! Ey yardım edən, ey məzlumlara kömək edən, ey bəndələri dərk edən (onların fəryadına yetən)! Ey həlak edən, ey intiqam alan, ey səbəb olan, ey varis, ey tələb edən, ey qalib gələn! Ey kimsənin Ondan (hökmündən) yaxa qurtara bilmədiyi! Ey tövbələri qəbul edən, ey bəndələrin dadına çatan, ey həddən artıq nemət verən! Ey səbəblərin səbəbi, ey qapıları açan, ey çağırılarkən cavab verən! Ey pak və nöqsanlardan uzaq, ey qədirbilən, ey güzəştə gedən, ey bağışlayan! Ey həqiqət nurunun nuru, ey tədbir tökən, ey mehriban, ey xəbərdar, ey pənah verən, ey aydınlıq verən, ey görən, ey yardım edən! Ey böyük, ey tək, ey yeganə, ey əbədi, ey istinad yeri, ey ehtiyacsız, ey yetərli olan, ey şəfa verən, ey vəfalı, ey sağlamlıq verən, ey ehsan edən, ey yaxşılıq edən, ey nemət verən, ey yüksəldən! Ey böyüklük sahibi, ey tək olan, ey uca məqam sahibi və hər şeyə qalib! Ey mülk sahibi və hər şeyə qadir! Ey gizli olduğu halda, hər şeydən xəbərdar olan! Ey pərəstiş olunan və qədirbilən! Ey Ona itaətsizlik olunduğu zaman bağışlayan! Ey düşüncələrin dərk etmədiyi, gözlərin görmədiyi və əlamətlərin Ona məxfi olmadığı! Ey bəşərə ruzi verən, ey bütün mizanlara (tərəzi) ölçü verən! Ey uca məqam sahibi, ey hakimiyyəti möhkəm, ey ruzigarı dəyişən, ey qurbanı qəbul edən! Ey nemət və ehsan sahibi, ey izzət və səltənət sahibi, ey mehriban, ey rəhmli! Ey hər an fərqli işlərin sahibi! Ey bir şeylə məşğul olmaq Onu digərindən yayındırmayan! Ey məqamı uca, ey hər yerdə olan, ey bütün səsləri eşidən, ey duaları qəbul edən, ey istəkləri yerinə yetirən, ey hacətləri həyata keçirən, ey bərəkətləri nazil edən, ey göz yaşlarına rəhm edən, ey səhvləri güzəştə gedən, ey sıxıntıları aradan qaldıran! Ey yaxşılıqların sahibi, ey dərəcələri yüksəldən, ey hacət istəyənlərin hacətini əta edən, ey ölüləri dirildən, ey ayrılanları (parçalananları) bir yerə yığan! Ey niyyətlərdən agah, ey əldən çıxanı qaytaran, ey səsləri səhv salmayan, ey hacətlərdən (onların çoxluğundan) yorulmayan! Ey zülmətlərin onu bürümədiyi! Ey yer və göylərin nuru, ey nemətlər bəxş edən, ey qəm-qüssələri dağıdan, ey insanları yaradan, ey ümmətləri bir yerə toplayan, ey xəstəliklərə şəfa verən! Ey nur və zülmətləri xəlq edən, ey bəxşiş və ehsan sahibi, ey ərşinə yetişilməsi qeyri-mümkün olan! Ey səxavətlilərin ən səxavətlisi, ey kərim olanların ən kəramətlisi, ey eşidənlərin ən üstünü, ey görənlərin ən bəsirətlisi! Ey Ona pənah gətirənlərə pənah verən, ey qorxanlara əmin-amanlıq verən! Ey sığınacaq istəyənlərin dayağı, ey möminlərin hamisi, ey fəryad edənlərin fəryadına yetən, ey hacət istəyənlərin məqsədinin sonu, ey bütün qəriblərin dostu, ey kimsəsizlərin həmdəmi, ey bütün qovulmuşların pənahı, ey bütün qaçanlara sığınacaq verən, ey bütün itmişləri qoruyan! Ey qocalara mehribanlıq göstərən, ey südəmər uşaqlara ruzi verən, ey sınmış sümükləri birləşdirən, ey bütün əsirləri azad edən, ey çarəsiz fəqirləri ehtiyacsız edən, ey qorxu içində pənah axtaranları qoruyan, ey tədbir və təqdirə (qəza və qədər) sahib olan! Ey çətinliyin Ona asan olduğu! Ey şərh və bəyana ehtiyacı olmayan, ey hər şeyə qadir, ey hər şeydən xəbərdar olan! Ey hər şeyi görən, ey küləkləri göndərən, ey sübhü açan, ey canları öldükdən sonra dirildən! Ey bəxşiş və ehsan sahibi! Ey bütün şeylərin açarına sahib olan, ey bütün səsləri eşidən, ey bütün olub bitən (keçmiş) şeylərdən öncə olan, ey bütün canları (insanları) öldükdən sonra dirildən! Ey çətinlik zamanı ehtiyatım, ey qürbətdə gözətçim, ey tənhalıqda həmdəmim! Ey malik olduğum nemətlərin sahibi! Ey bütün qapılar üzümə bağlı olduqda, yaxınlarım məni ruzigarın hadisələrinə həvalə etdikdə və dostlarım məndən ayrıldıqda pənahım! Ey arxalanmağa bir kəsi olmayanın dayağı, ey istinad etməyə bir kəsi olmayanın istinad yeri, ey ehtiyatı olmayanın zəxirəsi, ey gözətçisi olmayanın gözətçisi, ey pənahsızların pənahı, ey xəzinəsi olmayanların xəzinəsi, ey yardıma ehtiyaclıların yardımçısı, ey fəryada yetəni olmayanın dadına yetən, ey qonşusu olmayanın qonşusu! Ey mənə yaxın olan qonşum, ey mənim möhkəm sığınacaq yerim, ey həqiqətən də, mənim Allahım, ey qədim Kəbə evinin Rəbbi! Ey mehriban, ey şəfqətli! Məni ruzigarın şiddətli zəncirlərindən (çətinliklərindən) xilas et, qəm-qüssə və sıxıntıları məndən uzaqlaşdır, taqətim çatmayacaq işin şərini məndən sovuşdur və bacardığım işlərdə mənə yardım et. Ey Yusifi Yəquba qaytaran! Ey Əyyubu çətinlikdən xilas edən! Ey Davudun xətasını bağışlayan! Ey İsa ibn Məryəmə yəhudilərin əlindən nicat verib göylərə qaldıran! Ey Yunisin zülmətdəki (balığın qarnında) nidasına cavab verən! Ey Musanı Özünə həmsöhbət seçən! Ey Adəmin xətasını bağışlayan və İdrisi Öz rəhmətilə yüksək məqama ucaldan! Ey Nuhu qərq olmaqdan xilas edən! Ey ilkin Ad və Səmud qövmünü həlak edən, onlardan birini də sağ qoymayan və onlardan öncə Nuhun qövmünü zalım, üsyankar olduqları və nəfslərinə uyduqları üçün məhv edən! Ey Lut qövmünü alt-üst edən və Şüeybin qövmünə qəzəblənən! Ey İbrahimi Özünə dost və Musanı özünə həmsöhbət seçən! Ey Məhəmmədi (Allahın salamı olsun ona və Əhli-beytinə – onların hamısına) Özünə məhbub və sevimli edən! Ey Loğmana hikmət verən və Süleymana ondan sonra heç kəsə yetişməyəcək (heç kəsdə olmayacaq) mülk bağışlayan! Ey Zülqərneynə zalım padşahlara qarşı kömək edən! Ey Xızıra əbədi həyat verən və Yuşə ibn Nun üçün günəşi batdıqdan sonra geri qaytaran! Ey Musanı anasına qovuşdurmaqla onun qəlbinə arxayınlıq verən! Ey İmranın qızı Məryəmin paklıq və iffətini qoruyan! Ey Yəhya ibn Zəkəriyyanı günahdan pak edən! Ey Musanın qəzəbini yatıran! Ey Zəkəriyyaya Yəhyanın doğulacağını bəşarət verən! Ey böyük qurbanlığı göndərməklə İsmayıla kəsilməkdən nicat verən! Ey Habilin qurbanını qəbul edib Qabilə lənət edən! Ey Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) düşmən qoşunlarını məğlub edən! Məhəmməd və Məhəmmədin Əhli-beytinə, bütün peyğəmbərlərə, “müqərrəb” mələklərinə və Sənə itaət edən bütün kəslərə salam yetir. Səndən Sənin razı olduğun hər bir kəsin istədikləri və qəbul etməyi Özün üçün vacib etdiklərini istəyirəm. Ey Allah, ey Allah, ey Allah! Ey mehriban, ey mehriban, ey mehriban! Ey rəhmli, ey rəhmli, ey rəhmli! Ey calal və kəramət sahibi, ey calal və kəramət sahibi, ey calal və kəramət sahibi! Calal və kəramətinin (7 dəfə), Özünü adlandırdığın, kitablarının birində nazil etdiyin və ya qeyb elmində Özünə məxsus bildiyin bütün adların vasitəsilə Səndən istəyir və Sənə and verirəm uca ərşinin əzəmətini, kitabının sonsuz rəhmətini və “Əgər yer üzünün bütün ağacları qələm və dəryalar mürəkkəb olsa, sonra isə yeddi dərya da ana əlavə edilsə, yenə də Allahın kəlmələri bitməz. Şübhəsiz, Allah qalib və hikmət sahibidir” – ayəsini! Səndən kitabında vəsf edərək “Gözəl adlar yalnız Allaha məxsusdur və Allahı onlarla çağırın!” və “Məni çağırın ki, sizə cavab verim!” – dediyin gözəl adların, “Bəndələrim Məni səndən soruşduqda, (de ki,) həqiqətən, Mən onlara yaxınam və dua edənin duasını dua etdiyi zaman qəbul edərəm!”, “Ey özlərinə zülm edən bəndələrim, Allahın rəhmətindən naümid olmayın! Şübhəsiz, Allah bütün günahları bağışlayandır. Həqiqətən, O, bağışlayan və mehribandır!” – deyə söylədiyin ayələr vasitəsilə istəyirəm. Mən Səndən istəyirəm, ey mənim Allahım! Səni çağırıram, ey mənim Rəbbim! Sənə ümid edirəm, ey mənim mövlam! Vəd etdiyin kimi, duamı qəbul edəcəyinə göz dikmişəm, ey mənim sərvərim! Əmr etdiyin kimi, Səni çağırıram, elə isə mənimlə Sənə layiq olduğu kimi rəftar et, ey kərim Allah! Həmd yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur, Allahın salamı olsun Məhəmməd və onun Əhli-beytinə – onların hamısına!
1 nəticə görsənir
Sizin cavabınız