Dostluq

Cavablandırılıb
0
0

Əsl müsəlman dost necə olmalıdır?

Mükəmməl cavab
2
1

İmam Əli (ə) buyurur:
Allah Rəsulu (s.ə.v.s) buyurdu: “Müsəlmanın (müsəlman) qardaşı üzərində otuz haqqı vardır və o bu haqlardan ancaq yerinə yetirməklə və ya bağışlanmaqla qurtula bilər”.
1: Səhvlərini bağışlasın.
2: Narahatçılıqlarda ona qarşı mehriban olsun.
3: Sirlərini gizlin saxlasın.
4: Xətalarını düzəltsin.
5: Üzrünü qəbul etsin.
6: Qeybəti olunsa onu müdafiə etsin.
7: Daim ona nəsihət etsin.
8: Dostluğunu qorusun.
9: Onunla bağladığı peymana riayət etsin.
10: Xəstə olanda ziyarətinə getsin.
11: Öləndə cənazəsində iştirak etsin.
12: Dəvətinə cavab versin.
13: Hədiyyəsini qəbul etsin.
14: Yaxşılığının əvəzini versin.
15: Nemətinə görə ona təşəkkür etsin.
16: Ona olan köməyini yaxşılaşdırsın.
17: Namusunu qorusun.
18: Hacətini yerinə yetirsin.
19: İstək və ehtiyaclarına görə ona şəfaətçi olsun.
20: Asqıranda sağlamlığını arzulasın.
21: İtirdiyini tapsın.
22: Salamının cavabını qaytarsın.
23: Onunla gözəl danışsın.
24: Ona yaxşı nemət versin.
25: Onun andını təsdiq etsin.
26: Onun dostunu öz dostu hesab etsin, onunla duşmənçilik etməsin.
27: Zalım və məzlum olduğu halda belə ona kömək eləsin. Zalım olarsa köməyi bu olar ki, onu zülmündən çəkindirsin. Məzlum olarsa haqqını bərpa etmək üçün ona kömək etsin.
28: Ona xəyanət etməsin.
29: Onu hadisələrdə tək qoymasın.
30: Özü üçün istədiyi xeyri onun üçün də istəsin, özü üçün istəmədiyi şərri onun üçün də istəməsin”.
? Mənbə: “Bihar əl-Ənvar, cild 74, səh 236”.

1 nəticə görsənir
Sizin cavabınız