Domino

0
0

Salam Aleykum. “Domino qarşılığında bir şey olmadan oynanılsa haramdır” cümləsinin izahını verərsiz yənin qarşılığında bir şey olmadan oynanılsa. Birdə “vacib-ehtiyyata əsasən” və “ehyiyyata əsasən” sözlərinin izahın deyərsiz yəni bu sözlər nə məna verir? haram mənasını verir yoxsa haram deil

0
0

Domino qarşılığında bir şey olaraq oynanılsa haramdır. Yəni qumar oyunları kimi, qalib gəlib və ya məğlub olmaqla bir şey qazanmaq və həmçinin itirmək olmuş olsun.
Lakin heç bir qarşılıq olmadan oynanılarsa ehtiyata əsasən haramdır. Yəni bu mövzuda Seyyid Sistaninin qəti hökmü yoxdur. İcazə vermir, lakin ələmlik sırasını qorumaq şərtilə digər bir müctəhidə üdul etmək olar. Ki ələmliyi qorumaqla digər müctəhidlərə, məsələn Seyyid Həkim, Vəhid Xorasaniyə üdul etdikdə də, o ağalar tərəfindən bu oyuna icazə verilmir. Xülasə, domino oynamaq icazəli deyildir.

1 nəticə görsənir
Sizin cavabınız