Dəstamaz

0
0

Salam. Çox sağ olun suallarımı cavablandırırsınız. Belə bir sualım var. Bir saytda oxudum ki dəstnamaz alarkən ayağa 1damcı da olsa su düşsə qurudub sonra dəstnamaz almalısan.Çox vaxt əlim ayağıma çatan istiqamətdə əlimdən damcı düşür ayağıma. Bu da bir neçə dəfə dəstnamaz almağıma səbəb olur.Və bir də oxudum ki ayağa məhs çəkəndə ayağı tərpətmək olmaz yoxsa batil olar. Nə qədər etsəmdə məhs çəkəndə ayağım əlimin altında titrəyir. Bu da neçə dəfə dəstnamaz almağıma səbəb olur.Özüm də yorulmuşam. Evdəkilər də bu halımdan bezib. Nə edim? Xahiş edirəm Sistani ağaya əsaslanaraq cavab verin. Əvvəlcədən təşəkkür edirem. Çox sağ olun. ALLAH razı olsun.

0
0

Dəstəmaz zamanı ayağa məsh etməkçün ayağın məsh yerinin quru olması şərtdir. Bu şərtə əməl edilməlidir. Hər hansı bir yerinə damcı düşən zaman digər quru olan hissəyə məsh etmək və ya həmin hissəni qurulayıb məsh etmək olar. Bunun üçün yenidən dəstəmaz almaq lazım deyil. Məsh edən zaman ayağın azacıq titrəməsi dəstəmazı pozmaz.

1 nəticə görsənir
Sizin cavabınız