cadu sehr barede sual cavab

Cavablandırılıb
0
0

Salam aleykum. Cadu sehr barede Ayetullah Sistani aga Hezretlerinin defterxanasina sual verilib ve cavabida asagida qeyd etmisem. İsterdim ki bunu werh edesiz zehmet olmazsa. Yeni insanin iwi cetine duwse ve cadu sehrden wubhelense (yeni iwlerinin yolunda getmemesi ve yaxud hara getse bir behane iwlerinin alinmamasi) ucun bu iwi bacaran adamin yanina gedib batil etdirse olar? ALLAH razi olsun. (Defterxanin cavabi asagidadir)

Allahın adı ilə.

Sehr etmək, öyrənmək və öyrətmək və bu yol ilə pul qazanmaq hər hansı bir şəkildə olursa olsun haramdır- hətta ehtiyat vacibə əsasən, sehri batil etmək olsa belə yenə haramdır. Amma daha vacib bir məsləhət bunu tələb edərsə bu zaman sehrdən istifadə etmək haram deyil: misal olaraq cadu edilmiş insanı ölümdən qurtarmaq yalnız cadudan asılı olan halda.

Sehr deyəndə məqsəd budur ki, insan bir əməl vasitəsilə qarşı tərəfin görmə qabiliyyətini, eşitmə və digər duyğularını ələ alır və bu yol ilə onu xülyaya salır.

Cin və ya mələk və ya insan tutmaq məsələsi ilə bağlı isə bu işin sehr hesab olub olmaması tam məlum olmasa da, bu işlər başqalarına zərər yetirən hallarda haramdır.

Mükəmməl cavab
1
0

salam

Burda qeyd olunan cavab sehr barədədir.  Sehr hər bir halda haram işdir. Bircə insanı ölümdən xilas etməyin başqa heç bir yolu qalmasa icazəlidir.
Lakin qeyd etdiyiniz, işlərin alınmaması məsələsi caduyla bağlı olan işdir ki, xeyir işlər üçün xüsusi dua və qaydaları öyrənmək icazəlidir. Hətta hər əyalətdə bir insan üçün öyrənmək şərtdir ki, möminlərin bu kimi çətin hallara düşməsi nəticəsində kömək edə bilsin. Amma burda cadu dedikdə, əsasən ölkəmizdə məlum olan kitabla və sair şeylərlə fala baxan insanlar nəzərdə tutulmur. Burda cadu üçün dua dedikdə, xüsusi ruhani təhsili almış, bu elmdən xəbərdar olan kəslər nəzərdə tutulur.

0
0

Salam

Əvvəla cadu var demək, bunun ALLAHIN iradəsindən kənar baş verdiyi anlamına gəlməz. ALLAHIN iradəsindən kənar heç bir iş baş verməz. Yox əgər ALLAH razı olmaz deyirsinizsə, bu məntiqlə gərək heç kəsin başına bədbəxt hadisə gəlməsin.
Belə bir şey yoxdu deyirsinizsə, niyə ALLAH Quranında cadudan qorunmaq üçün surə nazil edib? ALLAH boşuna surə mi göndərər nəuzubillah?
Yox əgər mən inanmıram deyirsinizsə, bunda azadsınız, çünki əqidəvi bir məsələ deyil.

1
0

Salam Kerbelayi Men bu cadu sehir haqqda yazilani oxudum razi olmadiqim halla uzlewdim..eger cani verib alanda Allahdirsa hansi sehir cadu onu dunyadan apara bilerki??eger cadu insan olmune sebeb olursa estafurullah bele cixir Allahdan ixtiyarsizda insan dunyani deyiwe biler her hansi sehirle?men omur boyu bele sheylere inanmamisham men yalniz birsheyi bilirem insanin bashina ne gelerse tek Allahin izniyle gele biler xestelikde olumde bedbaxt hadisede

3 nəticə görsənir
Sizin cavabınız