Əssələmu ələykum. Allah sizlərdən razı olsun. İşdə sağ əlimin şəhadət barmağını zədələmişəm, yəni ki, barmağım bir az paralanıb. Həm də ki qanadı. Barmağımı tutdum soyuq suyun altına ki, qanaxması kəsilsin. Şam namazının vaxtı daxil olanda getdim adi qaydada dəstəmaz aldım. Sonra barmağıma təmiz parça bağladım. Namaz əsnasında barmağım yenə qanadı. Sualım belədir. 1. Bu halda dəstəmaz necə alınır və niyyəti necə demək lazımdır? 2. Dediyim vəziyyətdə qıldığım namazım hökmü nədir? Xahiş edirəm daha ətraflı cavab yazasınız. Diqqətinizə görə minnətdaram. Vəssalam.
- Orxan soruşub 9 il əvvəl
- last edited 9 il əvvəl
Aleykuməssalam
Qan gəlməyi dəstəmazı pozmaz. Sarğının açılmasının cana ciddi təhlükəsi yoxdursa açılıb dəstəmaz alınmalıdır. Cəbirə dəstəmazı düşməz. Namaz əsnasında gələn qan isə bir normal ölçülü qəpikdən balaca olarsa namazı pozmaz.
- Kerbelayi Anar Huseyni cavablandırdı 9 il əvvəl