başqa eqide

0
0

Salam.əhli sünnədən bir bacı var.əvvəl şiə olub bir neçə il öncə əqidəsini dəyişib.mən onunla yaxın dost olmuşam.biraz soyuqluqum var əqidəsini dəyişdiyinə görə.amma çox gözəl insandır.əhli beytə hörməti var.aşurada bizdən fərgli oruc tutur.şiə alimlərinə,ilahiyatçılarına qarşı birmənalı fikirdə deyil,demək olarki qəbul etmir.dediyim kimi əhli beytə hörməti var.belə birisiylə münasibətə davam etmək?ondan gələn köməyi,sədəqəni qəbul etmək olarmı?çox gözəl dostdur münasibəti kəsə bilmirəm.

0
0

Salam

Belə birisilə, Əhli Beytin(ə) vilayətini inkar etmədikcə, dostluq etməyin qadağası yoxdur. Lakin mümkün qədər vəzifəniz, münasib şəkildə təbliğ etməkdir , ki vasitənizlə hidayətə yetişə bilsin. Sədəqəsini də götürməyin haramlığı yoxdur, lakin mümkün olduğu qədərilə götürməsəniz yaxşıdır.

1 nəticə görsənir
Sizin cavabınız