Əqidə(Firqə)

Cavablandırılıb
0
0

Əgər səhf əqidə seçsən amma niyyətin Allah olsa namazun orucun olsa saleh əməlli insan olsan.Qiyamət günü o insanin halı nə olar? Cənnətə təkçə bir firqə keçəcək yoxsa bir neçə dənə?

Mükəmməl cavab
0
0

Salam

Əgər həqiqəti axtarıb tapmaq lazım olduğunu bildiyi halda səhv əqidə seçsə, təbii ki ibadətləri insanı xilas etməz. Çünki ALLAHI qəbul etmək, Onun əmrlərinə itaətlə , qadağalarından çəkinməklə olur. ALLAHIN əmrlərinin ən əsası isə üsuliddindir ki, bu əqidəmizin əsaslarıdır. ALLAH, Ona iman gətirmiş şəxsdən, Qiyamətə, Qurana, Peyğəmbərə(s.a.a.s.) və onun Əhli Beytindən(ə) olan İMAMLARA(ə) itaət etməsini istər. Bir insan, “mən ALLAHA inanıram” deməsilə, digər vəzifələri boynundan ata bilməz. Bu barədə İMAM ƏLİ İBN HUSEYN(SƏCCAD)(ə) buyurur:
Bir insan dünyanın ən fəzilətli yerində olsa, bütün gecələri namaz qılıb gündüzləri oruc tutsa, bütün dünya qədər malını sədəqə versə, yenə də bizim vilayətimizə iman gətirməsə, Cənnətə gedməz.

1 nəticə görsənir
Sizin cavabınız