Şəkkiyat

Cavablandırılıb
0
0

Salam ələykum.Bu şəraiti yaradanlardan Allah razı olsun.Mən qüsul və dəstəmaz alarkən şəkk edirəm.Qüsul alarkən təqribən 1 saata yaxın,dəstəmaz alarkən isə 10 dəqiqəyə yaxın vaxt gedir.Namazın rukunlarına,hətta sözlərin məxrəclərinə belə diqqət eyməyə çalışıram,amma nəticədə yenə şəkkə düşürəm.Namazları təkrar-təkrar qılıram.Zəhmət olmasa sualımı Allahın izni ilə cavablandırardınız.Allah əmanət olun.

Mükəmməl cavab
0
0

Bismillah
Əssəlamu əleykum

Sizin vəzifəniz budur ki, şəkkinizə etina etməyəsiniz. Bu cür şəkklər məsumlardan (ə) nəql olunmuş hədislərə əsasən şeytanın vəsvəsəsindən doğur. Siz şəkk edərkən sadəcə olaraq şəkkinizə fikir verməyin. Bir müddət sonra şəkdən uzaq olacaqsınız.

1 nəticə görsənir
Sizin cavabınız