Salam aleykum və rahmətullahi və bərakətuhu, mən bir xanımla ailə qurmaq istəyirəm və o xanım da məni sevir və mənimlə ailə qurmaq istəyir, amma valideynləri razı deyil və həmən xanımı başqa birisi ilə məcbur evləndirmək istəyirlər. Sizdən xaiş edirəm bu barədə mənə və xanıma məsləhət verəsiniz, təşəkkür edirəm
- Kamran soruşub 9 ay əvvəl
- last edited 8 ay əvvəl
Salam
Əgər qızın atası sizə qarşı şəri əsaslı bir səbəbi yoxdusa, yəni sizlə razılaşmamaq səbəbi şəri cəhətdən keçərli deyilsə, o zaman ata qızı məcbur edə bilməz. Əgər verməmək səbəbi şəri bir səbəbdirsə, məsələn qızının gələcəyindən ciddi səbəblə narahatlığı varsa o zaman siz icazəsiz əqd edə bilməzsiniz.
- Kerbelayi Anar Huseyni cavablandırdı 8 ay əvvəl
