pişiklə haqqında

Cavablandırılıb
2
0

ALLAHIN SALAMI olsun sizə.

(Mömün qardaşlardan biri pişiyin tükü olan paltarla namaz qılmağ olarmı deyə sual verdi.)

Məndə ağanın nəzərin yadımda saxladığım kimi dedim. Yəni aşağıdakı kimi.

” Sistani ağanın nəzərində (səf etmirəmsə ) pişik və ya pişiyin ağzının toxunduğu yeməy pakdır dedim. Pişiyin tükü olan paltarla namaz qılmağ olar dedim.

o qardaş isə əksinə dedi və məsələ 813-ü dəlil olarağ qeyd etdi.

Məsələ 813: Əgər pişik kimi əti haram olan heyvanın ağzının, burnunun suyu, yaxud başqa rütubəti yaş halda namaz qılanın bədənində, ya paltarında olsa, namazı batildir. Əgər quru olsa və onun eyni aradan getsə, namazı səhihdir.

Ağa 813-cü məsələnin o suallarla əlaqəsi var ?

Vəya pişiyin toxunduğu yeməyin pak olması, namaz qılanın paltarında pişik tükünün olmasının işğalsız olduğu risalədə hansı məsələdə vurğulanıb?

Xahiş edirəm bizidə xəbərdar edəsiz.
Çox sağolun. Təşəkkür edirəm. ALLAH Əziyyətnizin əcrin versin

Mükəmməl cavab
0
0

Salamun aleykum.
Pişik Seyyid Sistani nəzərində pak bir heyvandır. Lakin pak olmaq ətinin halal olmasına dəlil deyil. Paklıqla halallıq başqa bölgülərdir. Sizə cavab verən qardaşımız bu məsələləri qarışdırmış olub. Şəri hökmlərdə müqayisə aparmağın özü haramdır. Pişiyin ağzının suyu pakdır. Lakin namaz qılanın üzərində olarsa bu zaman namaz qılmaq olmaz. Çün CƏFƏR SADİQ(ə) əti haram olan heyvanların bir hissəsi olan halda namaz qılmağı qadağan edib. Əti haram olduğuna görə bu məsələ pişiyə də aid edilir. Lakin nəcis deyil.
Bu mövzuda bəzi hökmlər risalənin “namaz qılanın paltarı” bölməsində yerləşdirilib. Daha ətraflı Minhac kitablarında qeyd edilmişdir.
Xülasə, pişik və onun hissələri pakdır. Lakin ağzının suyu dəyən paltarda namaz qılmaq olmaz.

1 nəticə görsənir
Sizin cavabınız