Salam əleykum. Günəş işığı necə dəyməlidirki nəcasəti təmizləsin ? Yəni şüa kimi dəyməlidir yaxud elə günəş çıxdısa və gün işığı nəcasət olan yeri işığlandırdısa paklanır ? Pəncərə, şüşə kimi maneələrdən keçsə yenə paklayır ? Birdə günəş işığı hansı nəcasətləri paklayır ?
- Fərid soruşub 1 il əvvəl
- last edited 1 il əvvəl
Salam. Günəş ancaq yeri və yerin üstündə ona tabe olan şeyləri pak edir. Bu şərtlə ki, nəcisin özü olmasın orda, nəcisin yeri keçirici həddə rütubətli olsun, günəşin düşməsi səbəbilə də qurusun.
- Kerbelayi Anar Huseyni cavablandırdı 1 il əvvəl
