Salam Aleyküm.
İzninizlə geniş bir sual ünvanlamaq istəyirəm.
ilk öncə 20 yaşım var Tehsil alıram.
Məhərrəm ayından əvvəl 1 ay bir restoranda işlədim
Həmçinin ilk işim idi, restoranda hər gün toy olurdu demək olar ki hər toyda içki verilirdi bəzisi istisna olmaqla. Bizdədə içkiyə toxumaq, stola gətirmək kimi hallar olurdu .
(Bunu ayrılıqda qeyd etmək istəyirəm ki bir dəfə hətta stolda içkini süz dedilər o anda ne edeceyimi bilmedim süzdüm)
Vurğulamaq istəyirəm ki mən belə çirkinliklərdən uzaq olmuşam ilk işim idi demək olar ki başıma belə şeylər gəldi.
Sualım bundan ibarətdir ki mən içki içənlə eyni günahamı girirəm və ona vəd edilən əzab mənədəmi aiddir.
Bu yerdə nə etməliyəm.
Zəhmət olmasa aydın bir şəkildə izahını verərdiz.
- Fətəli soruşub 5 il əvvəl
- last edited 5 il əvvəl
Salam.
Müqəddəs şəriətimizin və həmçinin hədis və rəvayətlərimizin buyurduqlarına görə eyni günaha şərik olunur. Lakin əzab məsələsinə gəlincə, bu Allahın biləcəyi işdir. Bu işdən çəkinməniz vacibdir.
Allah tövbələri qəbul edən və bağışlayandır.
- Kerbelayi Anar Huseyni cavablandırdı 5 il əvvəl
