Salam. Bir xanım siğə edib yaşayıb, sonra aralarında inciklik olub ayrılıblar. Müddət bitdikdən sonra xanım başqasıyla siğə edib. İndi xanımın birinci siğə etdiyi şəxs deyir ki, mən səninlə vaxtı, kəbini pozmamışam. Xanım nə etməlidi?
- Zeynəb soruşub 7 il əvvəl
- last edited 7 il əvvəl
Əgər müddət bitib, xanım da 2 heyz müddəti iddə saxlayıbsa, başqa birisilə əqd edə bilər. Bu halda kişinin müvəqqəti kəbini pozması şərt deyil, müddət bitdikdə özlüyündə pozulmuş olur.
- Kerbelayi Anar Huseyni cavablandırdı 7 il əvvəl
