Namaz

0
0

Salam. 2rükətlik Nəzir namazları qılıram.niyyəti və namazda neçə rükət qıldığımı və rukunu, təşəhhüdü deyib demədiyimi unuduram. Anında yadımdan çıxır. Şübhəli qalıram.Bu da namazı bir neçə dəfə qılmama səbəb olur. Demək olar ki gündəlik namazlarda da beləyəm. Tez tez şəkk edirəm.Bilirəm ki, tez tez şəkk edən adamın şəkki sayılmır. Belə hal nəzir namazlarına da aiddir? Və iki rükətli namazlarda kəsirüş şəkkin hökmü nədir? Təşəhhüdü rükunu dediyini unutsa etina etməsə namaz batil olmaz ki? Əvvəlcədən təşəkkür edirəm. Çox sağ olun. ALLAH razı olsun.

0
0

Çox şəkk edən kəsin, bu halı aradan qalxana qədər şəkkləri səhih deyil. Müstəhəbb namazlarda isə ümumiyyətlə şəkkə etina edilməz. Lakin nəzir namazı adında da bir müstəhəbb namaz yoxdur. Əgər nəzir etmək səbəbilə namaz boynuna gələrsə, o vacibdir.

1 nəticə görsənir
Sizin cavabınız