Salam, mənim iki sualım var.
1) İstihazə günlərində qadın oruc tutmalıdırmı? Yəni bir qadın Ramazan ayında 9-10 gün heyz olur, üstünden texminen 10 gün keçdikdən sonra yenə qan görür və bu ikinci dəfə texminen Ramazan ayının son üç gününə düşür. O üç gün qadın oruc tutmalıdırmı?
2) Ramazan ayında sübh azanına qədər cənabətli qalmanın kəffarəsi nədir? Əgər bir şəxs sübh azanına qədər cənabətli qalıb həmin gün oruc tutmazsa vəya sübh azanına qədər cənabətli qalıb qüsl almadan oruc tutarsa ( bildiyim qədəriylə bu oruc batildir) , bu kəffarə dəyişərmi?
- Ilahe soruşub 8 il əvvəl
- last edited 8 il əvvəl
Salam
1. İstihazə günlərində qadın , digər adi günlərdə olduğu kimi namaz qılıb oruc tutmalıdır
2. Bilərək sübhə qədər cənabətli qalmaq qəza və kəffarəyə səbəb olar.
- Kerbelayi Anar Huseyni cavablandırdı 8 il əvvəl
