Salam Aleykum.Bu il Ramazan Bayramı günü(yəni 15 yaxud 16 iyun) mən evdə olmayacam,iş yerimdə olacam.İş yerim həm də yaşayış yerimdir,yəni iş yerimdəki düşərgədə qalıram.Ailədə pul qazanan mən olduğumçün Fitrə zəkatı mənim boynumadır.Mən fitrə zəkatını necə verməliyəm?Evə pul qoysam,mənim əvəzimdən ailə üzvlərimdən biri fitrə zəkatını verə bilərmi?
- Mehman soruşub 8 il əvvəl
- last edited 8 il əvvəl
Salam.
Bayram sabit olan anda cibinizdə olan puldan ayıra bilərsiniz. Əvvəlcədən ayırmaq fitrə sayılmaz.
- Kerbelayi Anar Huseyni cavablandırdı 8 il əvvəl
