Kitab əhlindən olan qadınla nigah hansı hallarda olar?
1.Zina etmiş kitab əhlinnən qadınla müvəqqəti nigah etmək olarmı? olarsa o qadın iddə gözləməlidirmi? və zina edibsə(bakirəliyi pozulubsa) atasınnan icazə almalıdırmı?
2. Kitab əhlinnən bir qadın evli olsa dövlət qurumlarında amma öz dinlərinin şərtləriylə nigah etmiyibsə müvəqqəti nigah etmək olarmı?
3. Hansı hallarda kitab əhlinən olan qadın atasınnan icazə almıya bilər müvəqqəti əqd üçün?
4. Məşur zinakar qadın tövbəsini sözdə desə bu yetərlidirmi nigah üçün, və zina edibsə yaxın zamanda iddə gözləməlidirmi?
təqlid Xameneyi ağa, Allah razı olsun
- Pervin soruşub 8 il əvvəl
- last edited 8 il əvvəl
1. Zinanın iddəsi yoxdur. Öz şəri qaydalarına görə ata icazəsiylə evlənib boşanıbsa icazəsiz əqd etmək olar. Əks halda atasından icazə alınmalıdır.
2. Evli olan qadınla o halda siğə etmək olar ki, qadın şəri qaydasını bilə və bilərək ona etina etməyə. Bu halda evliliyi zina hökmündə olar. Lakin burda şəri qaydalardan kənar bir məsələ də vardır ki, mömin şəxs siğə hökmlərindən sırf zinadan qorunmaq üçün istifadə edirsə, başqasıyla ailə olan, hətta bunu düz etməsə belə, başqasına aid olan bir qadınla izdivac istəyi yaxşı hal deyil .
3. Öz şəri qaydalarına görə ata icazəsiylə evlənib boşanıbsa icazəsiz əqd etmək olar.
4. Tövbəsi zahir olmalıdır. Kəlmə olaraq söz kifayət etməz. Gərək onun zinadan uzaqlaşmağı məlum olsun.
- Kerbelayi Anar Huseyni cavablandırdı 8 il əvvəl
