Salam Aleykum.
Bu hədis doğrudurmu. Əgər qəbul ediriksə və yaxud etmiriksə nə səbəbə?
Xayiş edirəm izah edəsiz.
Təşəkkür edirəm.
Mərhum ibn Şazan İmam Əli ibn Hüseyndən (ə), oda atası İmam Hüseydən (ə), oda atası Əmirəlmöminin Əlidən (ə) rəvayət edir ki, o həzrət belə buyurdu: Hər kəs məni dörd xəlifənin dördüncüsü bilməsə, ona Allahın lənəti olsun.
Əllamə seyyid haşim behrani. Təvsiri burhan cild-1, səhvə-169. hədis-14.
- Nurlan soruşub 8 il əvvəl
- last edited 8 il əvvəl
Salam.
Bu məsələyə 3 tərəfdən baxa bilərik;
1cisi budur ki, mübahisə düşən anlamda olması, yəni xəlifə adıyla məşhur olan əbubəkr, ömər və osmandan sonraki 4cü xəlifə anlamında deyil. Bu əqidəmizə ziddir ki, bunun əleyhinə yetəri qədər Quran ayəsi və Əhli Beyt(ə) hədisi mövcuddur. Həzrəti MƏHƏMMƏD(s.a.a.s.) ümməti üçün 1ci xəlifə Həzrəti ƏLİDİR(ə).
2ci tərəfdən baxsaq, bu mövzuda gələn bir başqa rəvayət mövcuddur ki, bu yazdığınız rəvayət də onun mənasında olması mümkündür. O da budur ki, ALLAHIN yer üzərinə ümumi bəşər üçün təyin etdiyi xəlifələr vardır ki, bunlardan ilki ADƏM(ə) , 4cüsü isə Həzrəti ƏLİDİR(ə). Mümkündür ki bu yazdığınız rəvayət də elə bu anlamda deyilib.
3cü tərəfi isə, bu yazdığınız rəvayətin deyilən zamanı və məkanı baxımından mümkündür ki hər hansısa mömin və ya möminlərin canlarını və mallarını qorumaq , onları təhlükədən xilas etmək səbəbindən təqiyyə üçün deyilmiş olsun.
Hər bir halda, dövrümüzdə əhli xilaf tərəfindən təbliğ edilməyə çalışan və bir çox geniş kütlənin də qoşulmuş olduğu batil iddia anlamında olmaması qətidir.
- Kerbelayi Anar Huseyni cavablandırdı 8 il əvvəl
