Xums

0
0

Salam Aleykum və Rəhmətullahi və bərəkatuh. Qardaşlar Allah sizi hər iki dünyada xoşbəxt etsin. Sual – 1. Mənim xumsumun vaxtı çatıb, mənə də bir neçə məbləğ pul borcludurlar, borc mənə çatmamış o pulun xumsunuda hesablayıb, ayırıb verə bilərəm? Sual 2. Bir qardaşa da borc istədiyi üçün verilib, sonradan o məbləği (borcu) mənə qaytarılmasını yox valideynlərimə verməsini xahiş etdim. Xumsumun vaxtı çatıb, həmin pulun xumsunuda hesablayıb ayırmalıyam? Ayətullah Fazil Lənkəraniyə (r.ə) təqlid edirəm. Allah sizi Peyğəmbər və Əhli -beyti ilə məhşur eləsin.

0
0

Aleykum salam

1. Alacağınızın xümsünə imkan varsa elə həmin vaxt ödəməlisiniz. İmkan olmasa alan zaman ödəyə bilərsiniz.

2. Əgər o pul artıq valideynlərinizə məxsusdursa xümsünü də onlar ödəməlidir.

1 nəticə görsənir
Sizin cavabınız