Salamın cavabını vermək

Salamın cavabını vermək

Sual: Qadının naməhrəm bir kişiyə salam verəməsinə icazə verilirmi?

Cavab: Fitnə şübhəsi və qorxusu olmadığı halda bir kişinin naməhrəm qadına və bunun əksinə (bir qadının naməhrəm kişiyə) salam verməsinə icazə verilir.

Sual: Hər hansı bir qadının bir kişiyə — xüsusən də, hər iki tərəf gənclik mərhələsində olarlarsa — salam verməsinə icazə verilirmi?

Cavab: Fəsada düşməkdən amanda olmaqla, icazə verilir.

Sual: Müxtəlif yayınlarda radio və televiziya aparıcıları, adətləri üzərə, dinləyiciləri və tamaşaçıları salamlayırlar. Bu kimi hallarda salamın cavabını vermək vacibdirmi?

Cavab: Salamın cavabını vermək, yalnız salamlayan şəxsin cavabı eşidəcəyi, yaxud da, məsələn ona olunan işarəni görərək anlayacağı təqdirdə vacibdir. Amma sualın aid olduğu haldakı kimi bunun mümkün olmadığında cavab vermək mütləq şəkildə vacib deyildir.

Sual: Bir insan namaz qılarsa və ondan qeyri salamı alacaq bir kəs olmazsa, salamı almaq (ona cavab vermək) vacibdirmi?

Cavab: Bəli. Salamı eynilə verildiyi kimi, artırma etmədən almaq gərəkir.

Sual: Bir insan aralarında mənim də mövcud olduğum camaata (topluma) yaxınlaşaraq salam verirsə, orda olanlardan bir qrupu onun salamını aldıqları halda mənim də salama cavab verməm vacıbdırmi?

Cavab: Vacib deyildir.

Sual: Anlaşıldığı qədər salam verən kəs istehza edirsə, ələ salırsa, bu halda salamın cavabını vermək vacibdirmi?

Cavab: İstehza adı tətbiq olunan halda salama cavab vermək vacib deyildir.

Sual: Televizorda salam söyləndiyini eşidirik. Bu halda salama cavab vermək gərəkirmi?

Cavab: Vacib deyildir.

Sual: Qadınlara salam verməyin hökmü nədir?

Cavab: Fitnə şübhəsi və qorxusu olmadığı halda kişinin naməhrəm qadına və bunu əksi (qadının naməhrəm kişiyə) salam verməsinə icazə verilir.

Sual: Müsəlmanların himayəsi altında olmayan kafirin salamına cavab vermək vacıbdırmi?

Cavab: Bu məsələdə müsəlmanların himayəsi altında olub-olmamağın fərqi yoxdur. Ümumi şəkildə meyar onun kitab əhlindən olan kafir olmasındadır. Onların salamına: “Əleyk” – deyə cavab verilir.

Sual: Quran oxuyarkən “Sadaqallahu” demədən salama cavab vermək olarmı?

Cavab: Quran tilavət olunarsa belə salamın cavabını vermək vacibdir.

Sual: Salamın cavabı: “Əleyküm əs-salam” olmalıdır, yoxsa “Və əleyküm əs-salam”?

Cavab: Hər ikisi də olar.

Sual: Ruhi xəstənin salamına cavab vermək vacibdirmi?

Cavab: Yaxşını pisdən ayırandırsa, vacibdir.

Paylaş:
Baxış sayı: 12013

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.