Səfərlə bağlı bir məsələ

Səfərlə bağlı bir məsələ

Səfərdə namazların qəsr qılınması üçün bizə lazım olan məsafə 8 fərsəxdir (44 km), 4 fərsəx (22 km) yox. Bəzi möminlər elə bilirlər ki, insan ancaq 22 km gedəndən sonra müsafir sayılır. Bu mütləq şəkildə belə deyil. Ola bilsin ki, bir nəfər 22 km getsin, amma 20 km edən yolla öz şəhərinə qayıtsın.
O şəxs müsafir sayılır ki, onun birbaşa getməsi, yaxud üst-üstə gedib qayıtması 44 km etsin. Ola bilər ki, insan 21 km-ə çatan yol gedib məqsədinə çatsın. Amma öz şəhərinə qayıdanda isə uzunluğu 23 km-ə çatan yolla qayıtsın. Bu halda bu şəxs gəldiyi yerdə namazını qəsr qılacaq. Çünki bu şəxsin ümumi yolunun uzunluğu 44 km edir və bu şəxs də bu halda müsafir sayılır.
Bu dediyimiz məsələyə dəlil olaraq Ayətullah Seyyid Əli Sistaninin iki kitabından olan iki rəyi nəzərinizə çatdırmaq istəyirik:
1⃣ Məsələ 394:
Məsafəni qət etmək bir neçə yolla baş tutur:
?� 1: Səkkiz fərsəxi (44 km-i) düz şəkildə (birbaşa) getməklə.
?� 2: Səkkiz fərsəxi (44 km-i) dairəvi yolda və yaxud sınıq xətlə (yolla) getməklə.
?� 3: Dörd fərsəx (22 km) getməklə və həmin misildə dörd fərsəx (22 km) qayıtmaqla. Həmçinin, getmək və yaxud qayıtmaq məsafəsi az olduğu surət də bu hökümdədir, əgər gedilən və qayıdılan məsafə bir yerdə üst-üstə məsafə səkkiz fərsəxə (44 km-ə) çatırsa.
? Mənbə: “əl-Məsailul-Muntəxəbə, Seyyid Əli Sistani”.
➖➖➖➖➖➖➖➖➖
2⃣ Məsələ 890:
Əgər gediş 5 fərsəx (27.5 km) olarsa və qayıtmaq isə 3 fərsəx (16.5 km) olarsa, namaz qəsr qılınacaqdır. Həmçinin bütün bölünən məsafələrdə də hökm belədir, əgər gediş və gəliş bir yerdə səkkiz fərsəxə (44 km-ə) çatırsa.
? Mənbə: “Minhacus-Salihin, cild 1, Seyyid Əli Sistani”.
➖➖➖➖➖➖➖➖➖
? Vəssəlamu ələykum və rəhmətullah.

Paylaş:
Baxış sayı: 10181

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.