Qul haqqı

Qul haqqı

Sual: Əgər qonşumun ağacının budaqları mənim həyətimin divarından aşarsa, onun meyvəsindən yeməyimin maneəsi varmı?

Cavab: Ağac sahibinin icazəsini almalısınız.

Sual: Boynunda haqqun-nas (qul haqqı), olan şəxs nə etməlidir?

Cavab: Əgər haqq sahiblərini tanıyırsa, onlara aid olan mal və ya borcları ödəməlidir. Əgər haqq sahiblərini tanımırsa, onlara aid olanı, onların adından sədəqə verməlidir.

Sual: Salam aleykum. Bir nəfər dövlət işində işləyərkən vətəndaşlara qanuni cərimə yazırmış. Həmin cərimə dövlətin büdcəsinə gedirmiş. Bəzən vətəndaşlar o cərimənin yazılmaması üçün cərimənin yarısı və ya 1/3-i miqdarında müfəttişə pul-rüşvət verirmişlər. Vətəndaş pulu verərəkən razı şəkildə verirmiş. Çünki ölkənin bütün qanunlarında boşluqlar var. Hətta şəxsi maraqlar üzərində yazılan qanunlar,rüsumlar və cərimələr var.
Sual budur ki, həmin pulu alan dövlət müfəttişinin boynunda haqq olaraq nəsə var? O bu pulları qaytarmalıdır? Qaytarmalıdırsa kimə və hara qaytarmalıdır?

Cavab: Özünüz üçün götürdüklərini əgər razılıq üzündən olmasa, verənlərə qaytarmaq lazımdır. Əgər tanımasalar fəqir dindarlara sədəqə versinlər.

Sual: Bir nəfər hərbi xidmətdə olarkən, başqa əsgər yoldaşlarını vurub. Amma kimləri vurduğunu dəqiq xatırlamır. Vurduqları adamlarda göyərmə və qızarma yarandığını da bilmir. Lakin qızarma olduğuna ehtimal edir. Bu halda, vurana diyə vacib olurmu?

Cavab: Üzərində olan diyənin nə qədərinə yəqini varsa, dindar fəqirlərə versin.

Paylaş:
Baxış sayı: 10549

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.