ƏLİNİN(ə) vilayəti yaxşılıqdır

ƏLİNİN(ə) vilayəti yaxşılıqdır

Allah Rəsulu (s) buyurdu: “Əlinin vilayəti həsənədir, onun yanında pisliklərdən heç bir şey zərər vura bilməz. Ucaldığı təqdirdə dünya möhnətinə görə həsənə əhlinə paklıq yetişər, axirətdəki bir sıra əzabdan dost və vəli bildiyi pak, tərtəmiz kəslərin şəfaəti ilə xilas olar.
Həqiqətən də, Əliyə qarşı olanların vilayəti və onunla müxalifətçilik etmək pislikdir. Bunun yanında heç bir şey fayda verməz. Onlara yalnız bu kəslərə itaət etdiklərinə görə dünyada zövq, sağlamlıq və gen-bolluq fayda verər. Lakin axirətə gəldikdə onlann daimi əzabdan başqa heç nələri olmaz”.
Sonra buyurdu: “Əlinin vilayətinə qarşı olan, onu inkar edən kəs Cənnəti gözü ilə heç vaxt görməz. Onun tanıdıqları qarşısında gördüyü yalnız bu olar ki, əgər Əlini dost tutsaydı, bura onun yeri, sığınacaq məkanı və mənzili olardı. Buna görə onun həsrət və peşmançılığı artar.
Əlini vəli (dost) bilən, düşmənlərindən bəraət edən (uzaqlaşan) və dostlanna (valilərə. imamlara) təslim olan kəs Odu heç vaxt gözü ilə görməz. Onun gördüyü yalnız bu olar ki, ona deyilər “Əgər sən bu cür olmasaydın, sənin sığınacaq yerin bura olacaqdı”. Habelə bundan ona toxunan yalnız bu olar ki, əgər özünə qarşı həddi aşmış olsa, lakin küfr etməsə, Cəhənnəm onu təmizləyər, necəki hamamda bədənindən çirki təmizləyir. Sonra oradan vəlilərinin (imamların) şəfaəti sayəsində (Cənnətə) keçid edər”

Sonra Allah Rəsulu (s) buyurdu: “Ey şiələr, Allaha təqvalı olun. Cənnət sizdən qaçmayacaq. Əgər qəbih əməlləriniz sizi ondan geriyə saxlasa, dərəcələri yolunda rəqabət aparın”.
Soruşdular: “Bəs Cəhənnəmə səni və Əlini sevənlərdən kimsə daxil olacaq?”
Buyurdu: “Kim özünü Muhəmməd və Əliyə müxalifət etməklə çirkləndirsə, haram işlərə mürtəkib olsa, mömin kişi və qadınlara zülm etsə, o ikisinin onun üçün əmr etdikləri şəriət qanunlarına qarşı çıxsa, Qiyamət günü kir və palçıq içində gələr. Muhəmməd və Əli ona deyər: “Ey filankəs, sən kirli və palçıqlısan. Xeyir əməl sahibləri olan vəlilərlə yoldaşlıq etməyə, gözəl hurilərlə əlaqə qurmağa və Allahın müqərrəb mələklərinə (onlarla görüşməyə), burada olanlara yetişməyə yararlı deyilsən. Bir halda ki, buradakılar (üzərində olan günahlar) səndən paklasın”. Həmin kəsi Cəhənnəmin ən yüksək təbəqəsinə salarlar və ona bəzi günahlarına görə əzab verilər.
Onlar arasında elələri var ki, bəzi günahlarına görə Məhşərdə şiddətlə üzləşər. Sonra vəliləri tərəfindən göndərilən xeyir əməl sahibləri olan şiələrdən biri onu oradan götürüb aparar. Necə ki, quş dəni (yerdən) götürüb aparar.
Onlar arasında elələri var ki, günahları daha az və daha yüngüldür. Dünyada sultanlar və sair kəslər tərəfindən şiddət və bəla, bədənlərində xəstəliklər görməklə bunlardan təmizlənərlər ki, qəbrinə qoyulduqda günahlarından pak olsun.
Onlar arasında elələri var ki, ölümü yaxınlaşdıqda üzərində (bəzi günahları) qalmış olar. Buna görə də onların canının çıxarılması şiddətli olar və ondan silinər (yaxud qalmış günahının kəffarəsi olar). Əgər (yenə də) bir şey qalmış olsa, üzərinə güc etsə, ölüm günü onun üçün iztirab və xoşagəlməzlik olar. Yanındakılar azalar, buna görə ona xarlıq gələr və nəticədə üzərindən silinər. Əgər (bir daha) qalmış olsa, qəbirə qoyulduqda və onun yanından ayrıldıqda, paklanar.
Əgər günahları daha böyük və daha çox olsa, Qiyamət gününün ərəsatının şiddət və çətinlikləri bunu ondan təmizləyər. Əgər daha çox və böyük olsa, Cəhənnəmin ən uca təbəqəsində bunlardan paklanar. Bunlar əzabı daha şiddətli və günahları daha çox olan bizi sevənlərdir.
Bunlar bizim şiələrimiz adlanmırlar, lakin onlar bizi sevənlər adlanırlar. Onlar dostlarımızı dost tutur, düşmənlərimizlə düşmənçilik edirlər. Bizim şiələrimiz isə bizimlə birgə yol gedən, izimizi təqib edən və əməllərimizə iqtida edəndir”.

İmam Həsən Əskəriyə (ə) nisbət verilən Təfsir kitabı. Səh-306,307,308. 148,149-cu hədis

Paylaş:
Baxış sayı: 15155

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.