Qeyb dövründə baş verəcək fəsadlar

Qeyb dövründə baş verəcək fəsadlar

1.Həzrəti Peyğəmbər(s) buyurur: Onun(Məhdinin)(ə) qeybə çəkilməsi və insanların çaşqınlığı elə bir həddə olacaq ki, insanlar öz dinindən çıxacaq.
2.Həzrəti Peyğəmbər(s) buyurur: Məhdi qeybə çəkiləcək və insanlar çaşqınlıqdan yolunu azacaqlar. Bəziləri hətta “Allahın daha Məhəmməd xanədanı ilə işi qalmayıb” da deyəcəklər. Hətta onun təvəllüdü və həyatda olması barədə şəkk-şübhəyə düşəcəklər.
3.İmam Cəfər Sadiq(ə) buyurur: Allaha and olsun ki, sizing Məhdiniz gözlərdən itəcək, hətta aranızdaki cahillər belə deyəcəklər: “Allahın daha Məhəmməd xanədanı ilə işi qalmayıb”. Daha sonra o, parlaq ulduz kimi işıq saçaraq qayıdacaqdır.
4.Həzrəti Əli(ə) Əsbəğ ibn Nəbatəyə buyurur: Öz nəslimdən olan on birinci övladımın barəsində fikirləşirəm. O həmin Məhdidir ki, dünyanı zülmlə dolduğu kimi ədalətlə dolduracaq. Onun qeybiylə insanlar çaşqınlığa düşəcək. Belə ki bir dəstə yolunu azacaq, başqa bir dəstə isə hidayət olacaq.
5.Həzrəti Əli(ə) başqa bir yerdə Əsbağa buyurur: Qaim elə qeybə çəkiləcək ki(qeyb o qədər uzun çəkəcək ki), insanlardan cahil olan deyəcəklər: “Allahın daha Məhəmməd xanədanı ilə işi yoxdur”.
6.İmam Huseyn(ə) buyurur: O, qeybə çəkiləcək və bununla da bəzi insanlar dindən çıxacaq , bəziləri isə dinində qalacaq.
7.İmam Museyi Kazım(ə) buyurur: Bu işin sahibinin qeybə çəkilməsi qaçılmazdır. Hətta ona etiqad bəsləyənlərin bəziləri öz fikirlərindən dönəcəklər və bu Allah tərəfindən bəndələri üçün böyük bir imtahandır.
8.İmam Həsən Əskəri(ə) buyurur: O, qeybə çəkiləcək, Bu dövrdə cahillər çaşqınlığa düşəcək, batil əqidədə olanlar isə həlak olacaqlar. Zühur üçün vaxt təyin edənlər yalan danışırlar.
9.İmam Məhəmməd Baqir(ə) buyurur: Bəziləri “Qaim öldü və ya hara getdiyi məlum deiyl”, bəziləri də “nə vaxt qiyam edəcək? Sümükləri də çürüyüb” deyəcəklər. Bax belə bir zamanda onun gəlişinə üçidvar olun.
10.İmam Huseyn(ə) buyurur: Onun qeyb dövründə bir dəstə insane dindən çıxacaq. Bir dəstə insane isə dinində qalacaq . Dində qalan o dəstə əziyyətlər görəcək və onlara belə deyiləcək: “Əgər doğru deyirsinizsə bu vədə nə vaxt gerçəkləşəcək?”. Bu söz qarşısında sizləri səbrli və dözümlü olmağa çağırıram.
Bu hədisin davamında İmam Huseyn(ə) buyurur: Qeyb dövründə əziyyətlərə və qeybə yönəlik inkarlara səbr edən kəslər, Peyğəmbərlə(s) çiyin-çiyinə döyüşən mücahid kimidir.
11.İmam Həsən Muctəba(ə) buyurur: Bir-birinizə nifrət etməyincə , biriniz digərinizə lənət yağdırmayınca və bir-birinizin üzünə ağız suyu atmayınca, bu iş (qiyam) baş verməyəcək.

*QEYD: Bu məqalədə yazılan hədis-rəvayətlər “İmam Məhdi(ə) ensiklopediyasındandır”.

Paylaş:
Baxış sayı: 13907

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.