Oruc haqqında

   Oruc İslamın ən əsas rüknlərindən biridir və Ramazan ayında fərz qılınmışdır.

   Qurani-Kərimdə belə buyurulur:

   “Ey iman gətirənlər! Oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə təqvalı olasınız. Bir neçə gün! Odur ki, sizdən kim xəstə yaxud səfərdə olsa, bir neçə gün (tutmadığı günlərin sayı qədər) digər günlərdə (oruc tutsun). Və oruc tutmağın taqətsizləşdirdiyi kəslər (qocalar, azyaşlılar və ağır xəstələr oruc tutmaya bilərlər və onlar) üçün (oruc tutmadığı hər günün müqabilində) bir yoxsula (bir «mudd», yəni yeddi yüz əlli qram) yemək vermək onun kəffarə və əvəzidir. Kim xeyirə artırsa (və iki mudd versə) onun üçün daha yaxşıdır. Oruc tutmaq (çətin və məşəqqətli olsa da), sizin üçün daha yaxşıdır, əgər bilsəniz! Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Quranın nazil  olduğu bir aydır. Buna görə də sizdən bu ayı görən (öz vətənində olan) kəs, onu (o ayı) oruc tutmalıdır. Xəstə, yaxud səfərdə olan kəs isə başqa günlərdə bir neçə gün (oruc tutmadığı günlərin sayı qədər oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Həmçinin (istəyir ki,) müəyyən olunmuş miqdarı (otuz günü) tamamlayasınız və sizi hidayət etməsinin şükrü olaraq «təkbir» deyərək Allahı əzəmətli sayasınız, bəlkə (Onun) şükrünü yerinə yetirə bildiniz. (Bəqərə surəsi, 183-185)

   Oruc İslamın vacib ibadətlərindən biridir və müsəlmanlar üçün yalnız yeməkdən və içməkdən çəkinmək deyil, həm də mənəvi saflaşma və iradə tərbiyəsidir. Bu ibadət insanı Allaha yaxınlaşdırır, nəfsin istəklərini cilovlamağı öyrədir və cəmiyyət arasında sosial həmrəylik yaradır.

   İmam Cəfər Sadiq (ə) buyurub: “Oruc tutduqda qulaqların, gözlərin, tüklərin, dərin və bütün bədənin oruc tutsun”.

   Həmçinin o həzrət buyurub: “Oruc yalnız yemək və içməkdən imtina etmək deyil. Oruc tutsanız dilinizi yalandan qoruyun, gözlərinizi Allahın haram etdiklərindən çəkin, mübahisə etməyin, həsəd aparmayın, qeybət etməyin, tənə vurmayın, zülm etməyin, mənasız sözlərdən, yalandan, düşmənçilikdən, bəd güman etməkdən və söz gəzdirməkdən çəkinin. Bütün varlığınızla axirətə yönəlin, (bu dünyada) bitəcək günlərinizi, Allahla görüşəcəyiniz gün üçün azuqə toplayaraq sizə vəd etdiklərini gözləyin. Allahın qəzəbindən qorxub Onun rəhmətinə ümid bəsləyərək vüqarlı, mətanətli, müti, ağasından qorxan qul kimi (Onun qarşısında) zəlil olmağa çalışın”.

   Orucun şərtləri

   Orucun vacib olması üçün aşağıdakı şərtlər tələb olunur:

            •          Müsəlman olmaq

            •          Ağıl sahibi olmaq

            •          Büluğ (həddi-buluğa) çatmaq

            •          Qadınlar üçün heyz və nifas hallarından təmiz olmaq

            •          Səfərdə olmamaq (bəzi hallarda səfərdə oruc tutulmaya bilər)

   Orucun səhih olması üçün isə niyyət edilməli, sübh azanından gün batana qədər yemək, içmək və digər orucu batil edən əməllərdən çəkinilməlidir.

   Orucun Faydaları

            1.        Mənəvi Faydalar

            •          Təqva və Allaha yaxınlıq – Oruc insanı Allaha bağlayır və ruhunu saflaşdırır.

            •          İradənin Güclənməsi – İnsan nəfsinin istəklərinə qarşı mübarizə apararaq özünü tərbiyə edir.

            •          Dua və Qəbul Olunma Vaxtı – Peyğəmbərimiz (s) buyurmuşdur: “Oruc tutanın duası iftar vaxtında rədd olunmaz.”

            2.        Fiziki və Sağlamlıq Faydaları

            •          Həzm sisteminin istirahəti – Mədə və bağırsaqlar dincəlir, bədən toksinlərdən təmizlənir.

            •          Metabolizmin tənzimlənməsi – Arıqlama və şəkər balansının qorunmasına kömək edir.

            3.        Sosial Faydalar

            •          Yoxsulları Anlamaq – Oruc tutmaq insanı aclığın çətinliyi ilə tanış edir və onu başqalarına qarşı daha mərhəmətli edir.

            •          Sədəqə və Yardım Mədəniyyəti – Ramazan ayında sədəqə və yardımlar artır.

Orucu pozan əməllər:

1. Qəsdən yemək və içmək

2. Cinsi əlaqədə olmaq

3. Qusmaq (qəsdən edilərsə)

4. Sübh azanına qədər bilərək cənabət, heyz və ya nifas halında qalmaq

5. Allah və Peyğəmbərinin(s) adından yalan danışmaq

6. Tozu boğaza çatdırmaq

7. İmalə(Əgər maye qarın boşluğuna daxil olmasa, orucu pozmaz)

Orucu pozmayan əməllər:

  1. Unudaraq yemək və içmək
  2. Göz damcısı və burun spreyi (boğaza getmədiyi halda)
  3. Dişləri fırçalamaq və misvakdan istifadə

Qəza və Kəffarə Orucu

Əgər bir şəxs üzrlü səbəblərdən oruc tuta bilməzsə, həmin günlərin qəzasını tutmalıdır. Qəsdən orucu pozan şəxs isə həm qəza, həm də kəffarə orucu tutmalıdır. Kəffarə olaraq hər bir gün üçün:

            •          Ya iki ay ardıcıl oruc tutmalı,

            •          Ya da 60 yoxsulu doyurmalıdır.

   Oruc insanı həm mənəvi, həm də fiziki baxımdan saflaşdıran bir ibadətdir. O, insanın iradəsini gücləndirir, təqvasını artırır və cəmiyyətdə yardımlaşma ruhunu oyadır. Müsəlman orucu yalnız bir ibadət kimi deyil, həyat tərzi kimi qəbul etməli və bu ibadətin ruhunu dərk edərək yerinə yetirməlidir.

   Orucun mənəvi faydaları haqqında Həzrət Rəsulullahdan (s) nəql olunan xütbədə belə buyurulur:

“Еy insаnlаr! Аrtıq Аllаhın аyı bərə­кət, rəhmət və günаhlаrı bаğışlаmаqlа sizə yеtişmişdir. Bu аy Аllаh yаnındа bütün аylаrdаn fəzilətlidir. Bu аyın günləri ən üstün günlər, gеcələri ən üstün gеcələr və sааtlаrı ən üstün sааtlаrdır. Bu аydа siz Аllаhın ziyаfətinə dəvət оlunur, Аllаhın möhtərəm bəndələrindən sаyılırsınız.

Bu аydа nəfəsləriniz ziкr, yаtmа­ğınız ibаdət, əməlləriniz təqdirəlаyiq sаyılıb, duаlаrınız qəbul оlunur. Bu аydа Rəbbiniz оlаn Аllаhdаn səmimi niyyət və pак qəlblə diləyin кi, оruc tutub Qurаn охumаğа sizi müvəffəq еtsin. Bilin кi, bu əzəmətli аydа Аllаhın əfvin­dən məhrum оlаn кəs bədbəхtdir.

Еy insаnlаr! Bu аydа Cənnətin qаpılаrı (bəndələrin üzünə) аçılаr. Rəbbinizdən о qаpılаrın üzünüzə bаğlаnmаmаsını dilə­yin. Şеytаnlаr (qаndаllаnıb) bаğlаnаr. Rəbbinizdən оnlаrı üstünüzə аçıb burах­mаmаsını diləyin!

Еy insаnlаr! Bu аydа sizdən hər кəs оruc tutаn bir möminə təаm yеdir­dərsə, Аllаh yаnındа оnun sаvаbı bir qul аzаd еtməкdir. Bundаn bаşqа кеçmişdə еtdiyi günаhlаrı bаğışlаnаr. (Dinləyənlər­dən biri:)

«Еy Аllаhın Pеyğəmbəri, ахı bu­nu еtməyə hаmımızın gücü çаtmаz?» – dеdi. (Pеyğəmbər:) «Yаrım хurmа və yа bir içim su еhsаn еtməкlə оlsа bеlə, Cəhənnəm оdundаn həzər еdin. Əgər (bir кəsin) bundаn аrtığını еtmə­yə gücü çаtmаzsа, Аllаh bu аz əməli еdən кəsə də sаvаb vеrər» – dеyə cаvаb vеrdi.

Еy insаnlаr! Bu аydа sizdən hər kəs əхlаqını yахşılаşdırаrsа, аyаqlаrın sürüşəcəyi gün (qiyаmət günü qоrхusuz, hürksüz) Sirаt кörpüsü üzərindən ötüb кеçməк üçün оnа izn vеrilər. Bu аydа hər кəs sаhib оlduğu кənizin üzərindəкi yüкünü yüngülləşdirərsə, qiyаmət günü Аllаh dа оnun hаqq-hеsаbını yüngülləş­dirər. Bu аydа hər кəs pisliyindən əl götürərsə, Qiyаmət günü Аllаh оnun üzərindən qəzəbini çəкər. Bu аydа hər кəs bir yеtimə еhtirаm göstərərsə, Qiyа­mət günü Аllаh dа оnа еhtirаm göstərər. Bu аydа hər кəs qоhumlаrınа bаş çə­кərsə, qiyаmət günü Аllаh öz mərhə­mətilə оnun dаdınа yеtişər. Bu аydа hər кəs qоhumlаrı ilə əlаqəsini кəsərsə, qiyаmət günü Аllаh dа öz mərhəmətini оnun üzərindən götürər. Bu аydа hər кəs (vаcib nаmаzdаn bаşqа) кönüllü оlаrаq (müstəhəb) nаmаz qılаrsа, qiyа­mət günü Аllаh оnun Cəhənnəm оdun­dаn bərаət qаzаnmаsını vаcib bilər. Bu аydа hər кəs bir vаcib əməl yеrinə yеti­rərsə, digər аylаrdа yеrinə yеtirdiyi yеt­miş vаcib əməlin sаvаbını qаzаnаr.”

   Möminlərin əmiri imam Əli (ə) belə buyurduğu nəql olunur:

   “Nə qədər oruc tutan vardır ki, qazancı yalnız susuzluq əziyyətidir. Nə qədər gecələrini ibadətlə keçirən vardır ki, onun ibadəti məşəqqətdən başqa bir şey deyil”.

   Orucu yüngül saymaq, ona ciddi yanaşmamaq isə, oruc tutanın xeyrinə deyilən mükafatların böyük olduğu kimi böyük və ciddi fəsadlara səbəb ola bilər. Yunis ibn Həmmad, İmam Cəfər Sadiqdən(ə) nəql etdiyi hədisdə və bir çox mənbədə gələn eyni məzmunda hədislərdə bu cür qeyd olunur:

   “Ramazan ayında bilərək bir gün oruc tutmayan kəsdən iman gedər”.

Şəriət güzgüsü kitabından

Paylaş:
Baxış sayı: 17027

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir