Ömər bin Xəttab və Ümmü-Gülsüm bintə Əli-nin nigahı!
İbn Sə’d, “Təbəqat”, H:4620, yenə: c:8, s:462-465.
Ey vicdan sahibləri! Əli (ə) kimi heysiyyət və qeyrət mədəni olan kəsin öz namusu haqqında belə yüngül davranmasına inanırsınızmı ki, (haşa) öz namusunu başqalarına peşkəş çəksin və hələ şəri nigahı oxunmadan namusuna qarşı bu cür davranılmasına göz yumsun və hətta buna vəsilə olsun?!
Bizim inandığımız dində bu şəkildə qız isdəmə və bu şəkildə qızı ərə vermə yoxdur! “Qızını mənə göndər bəyənsəm alaram” – deyən bir kəsə, qızınızı (bu şəkildə) bəyəndirmək üçün göndərərsinizmi?
Həmçinin bu rəvayətlər nəinki Buxari və Müslimdə, “Kutubi-Sittənin” (Əhli-Sünnənin məşhur 6 səhih kitabının) heç birində, hətta müsnədlərində (Müsnədi-Əhməd ibn Hənbəldə) belə nəql olunmamışdır. Yuxarıda qeyd etdiyimiz kimi, Əhli-Sünnə alimləri bir çox hədis və rəvayətlərimizi, məhz “Kutubi-Sittə” və “Müsnəd”–lərində nəql olunmadığına görə rədd edib zəif hesab edirlər.
1) Ümmü-Gülsüm Cəmilə bintə Asim bin Sabit – Bu Asim ibn ömərin anasıdır. “Tarixi-Kamil”, c:2, s:251.
Ömər ilə Həzrəti Əli (ə)-ın arası heç də yaxşı deyildi. Ömər özü bunu həzrəti Əli (ə)-a xitab edərək deyir: ( ثمّ توفّي ابوبكر و أنا ولي ابي بكر فرأيتماني كاذباً أثماً غادراً خائنا )
Bu məsələdə təəssübdən uzaq olan və haqqı görmək istəyənlər üçün hər şey aşikar və aydındır. Əvvəldə qeyd etdiyimiz kimi tarixin uydurma və əfsanələrindən olan Ömər və Ümmü-Gülsümün evlilik məsələsini, Əli (ə) və Ömərin dost olduqlarına dəlil olaraq gətirirlər. Halbuki bu evlilik iddiası doğru olsa belə, belə bir vəziyyətdə İslamın məsləhəti üçün məcburi olaraq gerçəkləşən bir evlilikdir. Bəs belə bir evlilik Ömərin hansı fəzilət və üstünlüklərini bəyan edər?
Məgər kafirlərin Həzrəti Lut (ə)-ın qızları ilə evlənmələri, onlara (kafirlərə) hansı fəzilət və üstünlükləri qazandırır ki, Ömərin bu (uydurma olan) evliliyi də ona fəzilət və üstünlük qazandırsın?!
Baxış sayı: 26952
