İmam Məhdinin(əc.f.ş.) xarici görünüşü
İmam Məhdinin(əc.f.ş.) xarici görünüşü
1.Əsbağ ibn Nəbatədən nəql edilir: Möminlərin Əmiri Əli ibn Əbu Talib(ə) camaata xütbə oxudu və İmam Məhdi(ə) haqqında , onunla bərabər qiyam edəcək şəxslərdən və onların adlarından söhbət elədi. Əbu Xalid Kəlbi(və ya Kabuli) İmama(ə) dedi: Ey möminlərin Əmiri(ə)! Onun imanlı olduğunu deyirsən?
İmam(ə) buyurdu: Bəli, o, zahiri görünüşü və əxlaqı ilə Allah Rəsuluna(s) ən çox bənzəyən kəsdir. (Əl-Məlahim vəl-fitən,səh288)
2.Əbu Valid Həzrəti Əlidən(ə) nəql edir: O, alnı geniş, burnu sivri, qarnı yayılmış(yəni əzələli, çıxıntısı olmayan) bir kişidir. Onun həm də dolu budları var. Sağ budunun üstündə bir xal var. (Ğeybəti-Nomani,səh214)
3. Heysəm ibn Əbdürrəhman, Həzrəti Əli ibn Əbu Talibdən(ə) nəql edir: Məhdinin qalın tüklü saqqalı , qara gözü, parıldayan dişləri və üzündə xalı var. Habelə, onun sivri burnu, enli alnı və çiynində Peyğəmbərdən nişanə vardır. (Əl-Fitən,cild1,səh366/Kənzul-ummal,cild14,səh589)
4.Həmran ibn Əyyun, İmam Məhəmməd Baqirdən(ə) nəql edir: O həmin şəxsdir ki, üzü qırmızımtıl və ağbənizdir. Onun iri gözləri və dartma qaşları vardır. Enlikürəklidir və üzündə bir nişənə vardır. (Ğeybəti-Nomani,səh215)
5.Cabir ibn Cofi İmam Məhəmməd Baqirdən(ə) nəql edir: Məhdi, Fatimənin nəslindən olan qarabuğdayı bir kişidir.(Şeyx Tusi, Əl-Ğeybə,səh187)
6.Əbu Bəsir İmam Cəfər Sadiqdən(ə), o da öz ata-babalarından belə nəql edir ki, Həzrəti Peyğəmbər(s) buyurur: Məhdi mənim övladlarımdandır. Adı mənim adım, künyəsi mənim künyəmdir. O, zahiri görünüşündə və əxlaqında mənə ən çox bənzəyən şəxsdir.(Kifayətul-əsər,səh266)
7.Təmim Dari Həzrəti Peyğəmbərdən(s) nəql edir: Bilin! Mənim Əhli Beytimdən olan övladlarımdan biri vilayəti ələ keçirməyənə qədər gündüzlər və gecələr sona çatmayacaqdır. Onun adı mənim adım kimidir, əxlaqı mənim əxlaqım kimidir və o , zahirən də mənə ən çox oxşayan şəxsdir. (Şəhrul-əxbar,cild3,səh386)
8.Əbu Bəsir İmam Cəfər Sadiqdən(ə) nəql edir: Onun boynu əzələlidir və kürəyində xalı vardır.(Əl-İqbal,cild3,səh116/Biharul-ənvar,cild52,səh269)
9.Yəhya ibn Fəzl Nofəlidən nəql edilir: Bağdadda İmam Museyi Kazımın(ə) hüzuruna yetişdim. O, əsr namazını bitirmişdi. Əllərini səmaya qaldıraraq belə dediyini eşitdim: Atam fəda olsun qaşları bir-birinə yaxın(lakin birləşik olmayan), topuğu incə və kürəkləri enli olan şəxsə. O, qarabuğdayıdır. Gecələri ibadət etməkdən bir qədər rəngi saralmışdır. Atam fəda olsun o şəxsə ki, gecə etdiyi səcdə və rükuların sayı ulduzlara bərabərdir. Atam fəda olsun o şəxsə ki, ona hücum edənlərin hücumundan Allah yolunda qorxmur və o, qaranlıqların nurudur. Atam fəda olsun, Allahın əmrilə qiyam edən şəxsə. (Fəlahus-sail, səh353/Biharul-ənvar,cild86,səh80)
10.Əbu Səid, Həzrəti Peyğəmbərdən(s) nəql edir: Məhdi biz Əhli Beytdəndir və onun sivri burnu , enli və açıq alnı vardır.(Mustədrəku-ələs-səhiheyn,cild4,səh600)
11.Huzeyfə ibn Yəmani nəql edir ki, Həzrəti Peyğəmbər(s) belə buyurur: Məhdi mənim övladlarımdan bir kişidir. Onun üzünün rəngi ərəblərin üzünün rəngi kimidir, bədəni isə Bəni-İsrailin yəni Aralıq dənizi sahilində yaşayan insanların bədəni kimidir. Onun sağ yanağında parıldayan ulduza bənzər bir xal vardır. (Kəşful-ğimmə,cild3,səh259/Biharul-ənvar,cild51,səh80)
12. Abdullah ibn Abbas, Həzrəti Peyğəmbərdən(s) nəql edir: Əhli Beytimin Qaimi və ümmətimin Məhdisi zahiri görünüşünə görə , habelə danışığı və əxlaqına görə mənə ən çox oxşayandır.(Kəmalud-din,səh257)
13.Huseyfə ibn Yəmani Həzrəti Peyğəmbərdən(s) nəql edir: Məhdi mənim nəslimdəndir. Onun üzü parlaq ulduz kimidir. Ərəblərə bənzəyən rəngi, Bəni-İsrail xalqına bənzəyən cüssəli bədəni vardır. (Dəlailul-imamə,səh441)
14.Əbu Əmmamə, Həzrəti Peyğəmbərdən(s) nəql edir: Onun sağ yanağında xal var və siması parlaq bir ulduz kimidir. Həmçinin iki ədəd pambıq əbası var. Sanki Bəni_israil xalqından bir şəxsə bənzəyir. (Kənzul-ummal,cild14,səh268/Kəşful-ğimmə,cild3,səh260)
15.Əbdulcarud İmam Məhəmməd Baqirdən, o da Həzrəti Əlidən(ə) nəql edir: Axirəzzəmanda mənim nəslimdən , üzünün rəngi qırmızımtıl və ağbəniz olan bir kişi qiyam edəcək. O, gövdəli , budları dolu, iri sümüklüdür. Kürəyində iki xal vardır. Onlardan biri dərisinin rəngində, digəri isə Həzrəti Məhəmmədin(s) xalına bənzəyir. (Kəmalud-din,səh653)
16.Cabir Cofi İmam Baqirdən(ə) nəql edir: Bir nəfər Həzrəti Əlidən(ə) soruşdu: Məhdi nə deməkdir?
İmam buyurdu: Həbibim məndən əhd-peyman alıb ki, onun adı haqqda Allah onu göndərənədək danışmayım.
O şəxs soruşdu: Onun xüsusiyyətləri barədə mənə danış.
İmam(ə) buyurdu: O, ucaboy bir gəncdir. Gözəl üzü və təravətli saçı vardır. Saçları çiyninə tökülmüşdür. Onun üzünün nuru saçının qarabənizliyindən çoxdur. Atam fəda olsun kənizlərin seçilmişinin oğluna. (Şeyx Tusi,Əl-Ğeybə,səh470/Əl-irşad,cild2,səh382)
17.Əhməd ibn İshaq ibn Səəd Əşəri, İmam Həsən Əskərindən(ə) nəql edir: Həmd-səna olsun o Allaha ki, məni dünyadan aparmazdan öncə məndən sonra olacaq canişinimi mənə göstərdi. O, zahiri görünüş və əxlaq baxımından Allah Rəsuluna(s) ən çox oxşayan şəxsdir. (Kifayətul-əsər,səh291)
18.Əmmar Həzrəti Peyğəmbərdən(s) nəql edir: Onun adı mənim adımla eynidir və o, mənə ən çox oxşayan kəsdir. (Kifayətul-əsər,səh120/Biharul-ənvar,cild36,səh326)
19. Əbu Səid Xudridən nəql edilir ki, bir gün Həzrəti Peyğəmbər(s) buyurdu: Məhdi məndəndir, onun alnı enli, burnu isə sivridir. (Kənzul-ummal,cild 14,səh264)
20. Əlqəmə ibn Qeys Həzrəti Əlidən(ə), o da Həzrəti Peyğəmbərdən(s) nəql edir: Həsən Əskərinin(ə) nəslindən olan Qaimin adı mənim adımdır və o, mənə ən çox oxşayan şəxsdir. (Kifayətul-əsər,səh213-218)
21.Əli ibn İbrahim ibn Məhziyar, Həzrəti Məhdiylə(əc.f.ş.) görüşünü belə nəql edir: Evə daxil olub gördüm ki, imam oturub və çiynində bir parça var. Başqa bir parçanı da belindən aşağı tərəfə bağlamışdı. Parçanın qalan hissəsini də boynuna atmışdı. Ərğəvan parkas idi.Çobanyastığı gülünə bənzəyirdi. Sanki onun üzərinə şeh hopmuş və üstündən meh əsirdi. Onun özü ban ağacının şaxəsinə bənzəyirdi. Böyük, səxavətli, həyalı, pakizə şəxsiyyəti var idi. Boyu nə uca nə də balaca idi. Lakin yaraşıqlı və enlikürək idi. Başı yumru, alnı açıq, qaşları nazik, burnu sivri, yanaqları ağ və geniş idi. Sağ yanağında müşk ənbər dənələrinə bənzəyən bir xal var idi. Onu görüb salam verdim. O daha yaxşı ibarələrlə salamımın cavabını verdi və mənimlə söhbət etdi. Məndən iraqlıların hal-əhvalını soruşdu. (Şeyx Tusi, Əl-Ğeybə,səh263)
22. İbrahim ibn Məhəmməd ibn Farisə Nişaburi nəql edir: Əmr ibn Əvf Hakim, şiələrin qanına susamış zülmkar idi. Məni də öldürmək istəyirdi. Mən bundan xəbərdar oldum və qorxuya düşdüm. Ailəm və dostlarımla vidalaşıb İmam Həsən Əskərinin(ə) yanına getdim ki, onunla da vidalaşım. O həzrətin evinə daxil olarkən bir oğlan uşağı gördüm. İmamın(ə) yanında oturmuşdu. Üzü on dörd gecəlik ay kimi nurlu idi. Onun nurlu üzünə o qədər heyran qaldım ki, qorxumu və qaçmağımı az qala unutmuşdum. (Mustədrəkul-vəsail,cild12,səh282)
23.İbrahim ibn Məhziyar, Həzrəti Məhdiylə(əc.f.ş.) görüşü barədə nəql edir: O,üzündə tük olmayan oğlan uşağı idi. Dərisi bir rəngdə idi. Alnı açıq, enli, qaşları bir-birindən aralı idi. Təmiz və yumşaq yanaqları var idi. Burnu sivri və ban ağacı(uca bir ağacdır) kimi dik idi. Alnı parlaq ulduz kimi parıldayırdı. Sağ yanağında mişq tarasına bənzər bir xal var idi. Saçının tükü çox, rəngi qara idi və çiyninə tökülmüşdü. Saçı qulaqlarına qədər çatırdı. O, çox sabit və mötədil formada yeriyirdi. Onun yerişi gözəl, aram və həyalı idi. Belə ki, mən həmin vaxta qədər belə gözəl yerişli bir şəxs görməmişdim. (Kəmalud-din,səh445)
24.Əli ibn İbrahim ibn Məhziyar İmam Məhdiylə(əc.f.ş.) görüşünü belə yazır: Onun yanına getdim. Dəridən düzəlmiş bir şeyin üzərində oturmuşdu və balışa söykənmişdi. Onunla salamlaşdım. Salamımın cavabını verdi. Gözucu ona baxdım. Üzü ay parçası kimi idi. Boyu nə uca nə də balaca idi. Amma rəna qamətli idi. Alnı geniş və təmiz idi. Sağ yanağı üzərində bir xal vardı. Onu görəndə heyran qaldım. (Kəmalud-din,səh465.468)
25. Yəqub ibn Mənquşdan nəql edilir: İmam Həsən Əskərinin yanına gəldim. Evində hündür bir yerdə əyləşmişdi. Onun sağ tərəfində üzərinə pərdə ilə ayrılmış bir otaq vardı. Ona dedim: Sərvərim, bu əmrin sahibi kimdir? Buyurdu: “Pərdəni qaldır.” Mən pərdəni qaldırdım və orada 5-10 yaş arası bir oğlan uşağı gördüm. O uşaq otaqdan çıxdı. Onun alnı açıq, üzü ağ, gözləri mirvari kimi idi. Əlinin içi ətli idi. Dizləri bir-birinə tərəf çəkilmişdi. Onun sağ yanağında bir xal var idi. Başı isə çox tüklü idi. O, İmam Həsən Əskərinin(ə) ayağının üzərində oturdu. (Kəmalud-din,səh407/Biharul-ənvar,cild52,səh25)
26. Zəvi ibn Əli Əcli , iranlı bir kişidən nəql edir: Samirraya gəldim. İmam Həsən Əskərinin(ə) evinin qapısına yaxınlaşdım. Başı bağlı bir kəniz qapıya yaxınlaşdı. Sonra İmam(ə) məni səslədi ki, içəri daxil olum. Mən daxil oldum. İmam(ə) kənizi də çağırdı və buyurdu: “Özünlə onun arasındaki pərdəni götür.” O , pərdəni qaldırdı. Orada ağüzlü bir oğlan vardı. Kəniz parçanı oğlanın qarnının üzərindən götürdü. Uşağın boğazının altından göbəyinə qədər düz xətt boyunca tük var idi. Tükün rəngi tam qara deyildi. İmam(ə) buyurdu: “Bu sizing imamınızdır.” Sonra kənizə göstəriş verdi ki, uşağı aparsın. Bu hadisədən sonra Əbu Məhəmməd(ə) vəfat edənə qədər o uşağı görmədim. (Əl-Kafi,cild1,səh329-514/ Əl-Ğeybə,Şeyx Tusi, səh233/ Kəmalud-din,səh435)
27. Əbülədyandan nəql edilir: Evə daxil olarkən, Həəsn ibn Əli Əskərinin(ə) cənazəsini kəfənlənmiş halda gördük. Cəfər ibn Əli irəli getdi ki, qardaşının cəzanə namazını qılsın. Lakin təkbir deyərkən qarabuğdayı, burma saçlı bir uşaq irəli doğru gəldi və Cəfər ibn Əlinin əbasını , paltarını tutub buyurdu: “Əmi, arxada dayan, atama namaz qılmağa səndən çox mənim haqqım çatır.” Cəfər rəngi dəyişmiş və saralmış halda arxaya çəkildi. Uşaq irəli keçdi, atasına, İmam Həsən Əskəriyə(ə) namaz qıldı. O(İmam Əskəri(ə)) atasının yanında torpağa tapşırıldı. (Kəmalud-din,səh475 /Şeyx Tusi, Əl-Ğeybə,səh271 / Biharul-ənvar,cild52,səh67)