Namazın qnutu

Namazın qnutu

Sual: Qnut tutmaq bütün namazlarda, müstəhəbdirmi?

Cavab: Gündəlik namazların hamısında bir dəfə – istər vacib namaz olsun, istərsə də nafilə (müstəhəb), hətta “şəf” namazı istisna olmaqla, bütün nafilə namazlarında – qnut tutmaq, müstəhəbdir. Amma “şəf” namazında lazım ehtiyata əsasən, rəca qəsdilə qnut tutmalıdır. “Cümə” namazında iki dəfə; birinci rəkətdə rukudan əvvəl, ikinci rəkətdə isə rukudan sonra qnut tutmaq, müstəhəbdir. “Bayram” və “ayat” namazlarında qnutların sayı çoxdur və onlar ikinci rəkətdə rukudan əvvəl tutulur. “Vitr” namazında da rukudan əvvəl qnut tutmaq, müstəhəbdir. Səsli qılınan namazların qnutunu, xüsusilə “sübh” və “cümə” namazlarının qnutunu hündürdən oxumaq, təkid olunmuş müstəhəb əməldir.

Sual: Qnutda oxumaq üçün xüsusi zikr varmı?

Cavab: Qnutda oxumaq üçün xüsusi zikr yoxdur. Qnutda oxumaq üçün hər bir dua və zikr yetərlidir. Qnut vəzifəsinin səhv dua, yaxud ərəb dilindən başqa dildə oxunan dua ilə gerçəkləşməsi mübahisəlidir. Baxmayaraq ki, ərəb dilindən başqa dildə oxunan dua namazın düzgünlüyünə xələl gətirmir. Daha yaxşı olar ki, qnutda Allah-təalaya həmd-səna etmək, həzrət Məhəmməd (s) peyğəmbərə və ailəsinə salavat göndərmək, özü və möminlər üçün dua etməyi cəmləşdirsin. Bəzi nafilə namazlarının qnutunda oxunması üçün xüsusi zikrlər qeyd olunub ki, bununla bağlı aidiyyatı üzrə ədəbiyyata müraciət etmək lazımdır.

Sual: Qnutu unudub rukuda xatırlayan şəxsin vəzifəsi nədir?

Cavab: Qnutu unudub rukuda xatırlayan şəxsin onu rukudan sonra yerinə yetirməsi, müstəhəbdir. Qnut tutmadığını səcdədən sonra xatırlayan şəxsin onu namazdan sonra yerinə yetirməsi, müstəhəbdir.

Sual: Qnutda “amin”- sözünü demək, icazəlidirmi?

Cavab: Əgər duanın tərkib hissəsi olarsa, maneəsi yoxdur.

Sual: Qnutu unudan şəxsin vəzifəsi nədir, onu qəza etməlidirmi?

Cavab: Qəza etmək vacib deyil. Bəli, rukudan sonra bunu xatırlayarsa, müxtəsər də olsa, qnut etməsi müstəhəbdir.

Sual: Qnutu qəsdən tərk etməyin hökmü nədir?

Cavab: Qnut müstəhəbdir, vacib deyil.

Sual: Rukudan sonra və səcdələrdən əvvəl qnut tutmaq, icazəlidirmi?

Cavab: Qnutu rukudan əvvəl unudarsa, icazəlidir.

Sual: Qnutda “Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd”- demək, kifayətdirmi?

Cavab: Kifayət edir.

Sual: Qnutda ərəb dilindən başqa dildə dua etmək və hacət istəmək, icazəlidirmi? Həmin istək, yaxud tələb qanuni iş üçün olarsa, hökmü nədir? Bu iş vacib, yaxud müstəhəbb namazlarda, icazəlidirmi?

Cavab: Qnutda ərəb dilində dua oxuduqdan sonra bu, icazəlidir. Əks təqdirdə, qunut vəzifəsi yerinə yetməz.

Sual: Əgər rukudan əvvəl qnutu unutsam və rukudan sonra onu yerinə yetirsəm, bu düzgündürmü?

Cavab: Unutqanlıq halında, icazəlidir.

Sual: Qnutu unudan şəxsin namazı tamdırmı, yoxsa qunutu qəza etməlidir?

Cavab: Qnut müstəhəbdir.

Sual: Qnutda “Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, Rəbbəna la tuziğ qulubəna bə`də iz hədəytəna və həb ləna min lədunkə rəhmətən, innəkə əntəl-vəhhab, və səlli əla Muhəmmədin və alihit-təyyibinət-tahirin”- deməyimiz, düzgündürmü?

Cavab: Bəli, düzgündür.

Sual: Qnutda həriflərin məxrəcini düzgün və qrammatik qaydalara uyğun şəkildə tələffüz etməyimiz vacibdirmi?

Cavab: Vacib deyil.

Sual: Qnutda müstəhəb olan nədir?

Cavab: Qnutdan əvvəl təkbir (Allahu əkbər)- demək, təkbir deyərkən əlləri qaldırmaq və sonra aşağı salıb yenidən üzün müqabilinə qaldırmaq, müstəhəbdir. Bəzi fəqihlər (r) əlləri (üzün müqabilinə) açarkən onların içinin göyə, çölünün isə yerə tərəf olmasının, baş barmaqlardan başqa bütün barmaqların bitişik olmasının və (qunut duası oxunarkən) ovuca baxmağın müstəhəb olduğunu söyləyiblər.

Sual: Bəzi namaz qılanlar qnut əsnasında üzüklərini çevirirlər. Belə ki, üzüyün daşı əlin iç tərəfinə düşür. Bu iş icazəlidirmi, yaxud sünnədən sayılırmı?

Cavab: Bunun müstəhəbb olması sübuta yetməyib, amma onu rəca məqsədilə etməyin maneəsi yoxdur.

Paylaş:
Baxış sayı: 13562

Digər Məqalələr..

2 Responses

  1. Kamile dedi ki:

    Salam. Vitr namazinin qunutunda 70 defe Əstəğfirullahə rabbi və ətubu ileyh”, dediyime emin olmadim ve 10 defe elave dedim. Eger umumi 80 defe demish olsam namaz dogru sayilarmi?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.