Musiqi

Musiqi
“Musiqinin və ya ğinanın ləhv məclislərinə münasib olması”nın mənası:
“(Musiqinin və ya ğinanın ləhv və ləib məclislərinə münasib olması) cümləsindən məqsəd, musiqinin və ya ğinai olan avazın, nəfsin canlanmasına, yaxud nəfsin halının dəyişməsinə səbəb olan musiqi olması demək deyil. Çünki bunlar aydın məsələdir. Lakin bu cümlədən məqsəd budur ki, həqiqətən musiqini və ya ğinai olan avazı eşidən şəxs (məxsusən də bu şeylər barəsində xəbərdar olan şəxs) həmin avazın ləhv və ləib məclislərində istifadə olunmasını seçə bilir, yaxud seçə bilir ki, bu avaz həmin məclislərdə istifadə olunan avazlara oxşardır”.
Mənbə: “əl-Fiqhu lil-Muğtəribin, əhkamul-Musiqi vəl-Ğina vər-Rəqs, Seyyid Əli Sistani”.
İZAH:
Haram və halal musiqi barədə araşdırma edəndə bir cümləyə rast gəlirik. O da yuxarıda qeyd olunan cümlədir. Amma çox təəssüflər olsun ki, əksər möminlər bu cümləni düzgün şəkildə anlamırlar. Çünki, elə bilirlər ki, “ləhv, yəni əyləncə, puç, faydasız məclislərə münasib olan musiqi və mahnı o musiqi və mahnıdır ki, dindən kənar mövzuda çalınan və oxunan musiqi və mahnıdır. Amma Seyyid Sistaninin bu fətvasına baxsaq görərik ki, heç də belə deyil. Əslində o cümlənin mənası budur ki, həmin musiqini və ya avazı eşidən adam o anda həmin musiqinin haram musiqilərdə istifadə olunan musiqi olduğunu və ya onlara oxşar olduğunu rahat şəkildə ayırd edə bilir ki, elə bu da onlardan biridir. Sadəcə sözləri fərqlidir. Elə bunun bilinməsi ona dəlalət edir ki, həmin musiqi də ləhvi musiqidir, ləhvi avazdır”.

Nəticə etibarilə görürük ki, Əhli-beytdən (ə) və ya dindən oxunan hər hansı bir mahnının mütləq şəkildə halal olan musiqi və halal olan avaz olması demək deyil. Çünki elə onları da eşidəndə aydın şəkildə görmək olur ki, bu musiqi və avaz elə sair ləhvi məclislərdə işlənənlə eynidir və ya oxşardır.
Demək ki, *musiqinin və ya avazın ləhv və ləibə münasib olması və ya olmaması* onda olan sözlərlə deyil, əksinə onda olan musiqiylədir, alətlədir, çalınma tərzi ilədir.

Vəssəlamu ələykum və rəhmətullah

Paylaş:
Baxış sayı: 7887

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

ten + nine =