Lovğalıq və təkəbbür

Lovğalıq və təkəbbür

Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz.

Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) təkəbbür göstərənlərin məskəni necə də pisdir!” (Zumər-72)

Allah-təala başqa bir ayədə buyurub: “Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!” (Loğman-18)

Həzrət Məhəmməd (s) peyğəmbər buyurub: “Cəhənnəm əhlinin çoxu təkəbbürlük edənlərdir.”

O həzrətdən (s) nəql olunan bir hədisdə deyilir: “Yerin üzərində lovğalıqla yeriyən şəxsə həm yer, həm (yerin) altındakılar, həm də (yerin) üstündəkilər lənət oxuyar.”

O həzrətdən (s) nəql olunan başqa bir hədisdə deyilir: “Məğrurluq edib lovğalıqla yol yeriyən şəxs, Qiyamət günü Allahın qarşısına (Allahın) ona qəzəbləndiyi halda çıxar.”

İmam Məhəmməd Baqir (ə) və imam Cəfər Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir: “Qəlbində misqal zərrəsi qədər təkəbbür olan, Cənnətə daxil olmayacaq.”

İmam Cəfər Sadiq (ə) buyurub: “Qiyamət günü Allahdan ən uzaq olanlar, təkəbbürlülərdir.”

Paylaş:
Baxış sayı: 10777

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.