Kürsü və Ərş barədə etiqad

Kürsü və Ərş barədə etiqad

Kürsü barədə

Şeyx Əbu Cəfər deyir: “Kürsü barədə etiqadımız budur ki, o ərşdən tutmuş səmaların və yerin bütün məxluqların hakimiyyətidir . ALLAHIN xəlq etdiyi hər bir şey kürsüdədir(yəni Onun hakimiyyəti altındadır)”.
Başqa bir cəhətdən isə kürsü elm mənasındadır;
İMAM CƏFƏR SADİQ(əleyhissalam) Uca ALLAHIN “Onun kürsüsü göyləri və yeri əhatə etmişdir” ayəsi barədə buyurur: Yəni ALLAHIN elmi göyləri və yeri əhatə etmişdir.

 Ərş barədə

Şeyx Əbu Cəfər buyurur: Ərş barədə etiqadımız budur ki , o, bütün məxluqatın daşıyıcısıdır. Başqa bir cəhətdən isə Ərş elmdir.

İMAM CƏFƏR SADİQ(əleyhissalam) Uca ALLAHIN “Rəhman Ərşi yaradıb hökmü altına almışdır” ayəsi barədə buyurur:
Hər bir şeyə bərabər məsafədə dayandı, ədalətli oldu, heç bir şey Ona başqasından yaxın olmadı.

Bütün məxluqları daşıyan Ərşin mənasına gəldikdə isə , onu səkkiz mələk daşıyır. Onların hər birinin səkkiz gözü vardır ki, hərəsi bir dünya boydadır. O mələklərdən biri Adəmin(ə) övladlarnın surətindədir. ALLAH onunla Adəm(ə) oğullarına ruzi verir. Digəri öküz surətindədir ki, ALLAH onun vasitəsilə bütün davarları(ev heyvanları) ruziləndirir. Başqa birisi aslan surətindədir ki, onun vasitəsilə yırtıcı heyvanları ruziləndirir. Bir mələk də xoruz surətindədir ki ALLAH onun vasitəsilə quşları ruziləndirir. Onların bu gün sayı dörddür. Qiyamət gəldikdə isə sayları səkkiz olacaqdır.
Elm mənasında olan Ərşin daşıyıcılarının isə dördü əvvəlkilərdən, dördü də sonrakilardandır. Əvvəlkilərdən olan dörd nəfər Nuh(əleyhissalam), İbrahim(əleyhissalam), Musa(əleyhissalam) və İsa(əleyhissalam) peyğəmbərlərdir. Sonrakilardan olan dörd nəfər isə həzrəti MUHƏMMƏD(səllallahu əleyhi və alihi vəsəlləm), ƏLİ(əleyhissalam), HƏSƏN(əleyhissalam) , HUSEYNDİR(əleyhissalam). İmamlardan(əleyhimussəlam) Ərş və onun daşıyıcıları barədə səhih sənədlə belə nəql olunub.
Elm mənasında olan Ərşin daşıyıcılarının səkkiz nəfər olması peyğəmbərimizdən(s.ə.a.s.) əvvəlki nəbilərin(ə) – Nuhun(ə), İbrahimin(ə) , Musanın(ə) və İsanın(ə) dörd şəriət üzərinə olmasına görədir. Əvvəllər onlarda olan elm sonradan dörd nəfərə keçdi. Həzrəti MUHƏMMƏD(s.ə.a.s.), ƏLİ(ə), HƏSƏN(ə) və HUSEYNDƏN(ə) sonra isə sonraki imamlara (ə) ötürüldü.

Mənbə: Şeyx Səduq, Əl-etiqadat, Kürsü və Ərş barədə etiqad babları

Paylaş:
Baxış sayı: 13719

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.