Evlənməsi haram olan qadınlar

Evlənməsi haram olan qadınlar

Məsələ 2351: İnsanın ona məhrəm olan ana, bacı, öz qızı, bibi, xala, qardaş qızı, bacı qızı, qaynana kimi qadınlarla izdivac etməsi haramdır.

Məsələ 2352: Əgər bir kəs bir qadını özü üçün əqd etsə, onunla yaxınlıq etməsə də, onun anası, anasının anası, atasının anası və nə qədər yuxarı getsə, o kişiylə məhrəm olurlar.

Məsələ 2353: Əgər bir qadını əqd edib onunla yaxınlıq edərsə, qadının qızı, qız nəvəsi, oğlan nəvəsi və nə qədər aşağıya kimi getsə, istər əqd vaxtında olsun, istər sonradan dünyaya gəlsin, o kişiylə məhrəm olurlar.

Məsələ 2354: Əgər bir qadını özü üçün əqd edib, onunla yaxınlıq etməsə, nə qədər ki, o qadın onun əqdindədir, ehtiyat-vacibə əsasən, onun qızı ilə izdivac edə bilməz.

Məsələ 2355: İnsanın xala və bibisi, atasının xala və bibisi, atasının atasının xalası və bibisi, ya atasının anası, anasının xala və bibisi, anasının anasının xala və bibisi, ya anasının atası və nə qədər yuxarı getsə, insana məhrəmdirlər.

Məsələ 2356: Ərin atası və babası və nə qədər yuxarı getsə; və onun oğlu və qız və oğlan nəvəsi və nə qədərki aşağı gedir, istər əqd vaxtı olsalar, istər sonradan dünyaya gəlsinlər, onun arvadına məhrəmdirlər.

Məsələ 2357: Əgər bir qadını özü üçün əqd etsə, istər daimi olsun, istər siğə, nə qədər ki, o qadın onun əqdindədir, o qadının bacısı ilə izdivac edə bilməz.

Məsələ 2358: Əgər öz arvadına, təlaq kitabında deyiləcək tərtib ilə rici təlaqı versə, iddə arasında onun bacısını əqd edə bilməz. Amma bain təlaq iddəsində təlaq verən, onun bacısı ilə izdivac edə bilər. Mütə iddəsində ehtiyat-vacib budur ki, izdivac etməsin.

Məsələ 2359: İnsan öz arvadının icazəsi olmadan onun bacısı qızı və qardaşı qızı ilə izdivac edə bilməz. Amma əgər arvadının icazəsi olmadan onları əqd etsə və sonradan arvadı icazə versə, eybi yoxdur.

Məsələ 2360: Əgər qadın başa düşsə ki, əri onun bacısı qızı və ya qardaşı qızını əqd edib və bir söz deməsə, belə ki, sonradan razılıq versə, əqd səhihdir. Əks təqdirdə isə onların əqdi batildir.

Məsələ 2361: Əgər insan öz bibisi və xalası qızını almamışdan qabaq onun anası ilə zina etsə, ehtiyat-vacibə əsasən, daha o, qızla izdivac edə bilməz.

Məsələ 2362: Əgər öz bibisi qızı və xalası qızı ilə izdivac etsə, onlar ilə yaxınlıq edəndən əvvəl və ya sonra onların anaları ilə zina etsə, onların ayrılmasına səbəb olmaz.

Məsələ 2363: Əgər öz xalası və bibisi olmayan başqa qadın ilə zina etsə, ehtiyat-müstəhəb budur ki, onun qızı ilə izdivac etməsin.

Məsələ 2364: Müsəlman qadın kafirə əqd oluna bilməz, istər daim olsun, istər müvəqqəti, istər əhli-kitabdan olan kafir olsun, istərsə də onlardan qeyri kafir, müsəlman kişi də əhli-kitab olmayan kafir qadınlar ilə izdivac edə bilməz. Amma əhli-kitab olan yəhudi və xristian qadınları ilə siğə etməyin maneəsi yoxdur, ehtiyat-lazıma əsasən onlar ilə daimi əqd etməsinlər. Müsəlman kişi Məcusi qadınla ehtiyat-vacibə görə hətta müvəqqəti də əqd etməsin. Nəvasib kimi bəzi firqələr ki, özlərini müsəlman bilirlər, kafir hökmündədirlər və müsəlman kişi və qadın onlar ilə daimi, ya qeyri-daimi izdivac edə bilməzlər. Mürtəddə də eyni hökmü daşıyır.

Məsələ 2365: Əgər bir kəs rici təlaqın iddəsində olan qadın ilə zina etsə, o qadın ehtiyat-vacibə görə ona haram olur. Əgər mütə, bain təlaqı, ya vəfat iddəsində ya da vətyi-şübhə iddəsində olan qadın ilə zina etsə, sonradan onu əqd edə bilər. Rici və bain təlağının və həmçinin mütə, vəfat və vətyi-şübhə iddəsinin mənası təlaqın hökmlərində deyiləcək.

Məsələ 2466: Əgər əri olmayan və iddədə olmayan bir qadın ilə zina etsə, ehtiyat-vacibə əsasən tövbə etməzdən qabaq onunla evlənə bilməz. Əgər başqası o qadının tövbə etməsindən qabaq onunla evlənmək istəsə maneəsi yoxdur. Yalnız o surətdə ki, o qadın zina etməkdən məşhur olarsa, ehtiyat-vacibə əsasən tövbə etməzdən qabaq onunla izdivac icazəli deyildir. Həmçinin zina etməkdə məşhur olan bir kişi ilə onun tövbə etməmişdən əvvəl izdivac etməsi icazəli deyildir. Əgər bir şəxs zinakar bir qadınla evlənmək istəsə, istər onunla özü zina etmiş olsun, istər başqası, gərək səbr edib o qadın heyz gördükdən sonra onunla əqd etməsi müstəhəbdir.

Məsələ 2367: Əgər başqasının iddəsində olan qadını özü üçün əqd etsə, belə ki, kişi və qadın və ya onlardan biri, qadının iddəsi tamam olmadığını və iddədə olan qadını əqd etməyin haram olduğunu bilsələr, əqddən sonra o qadına yaxınlıq etməmiş olsa belə, o qadın, o kişiyə əbədi olaraq haram olur. Əgər hər ikisi iddə məsələsinin əslində, ya iddə əqd etməyin batil olması barədə cahil olsalar, əqd batildir. Əgər yaxınlıq etmiş olsa, əbədi olaraq haram olur. Əks halda isə haram deyil və iddə qurtarandan sonra yenidən əqd edə bilərlər.

Məsələ 2368: Əgər insan bir qadının əri olduğunu bildiyi halda onunla izdivac etsə, gərək ondan ayrılsın və sonradan da onu özü üçün əqd etməsin. Həmçinin ehtiyat-vacibə əsasən o qadının əri olduğunu bilməsə, amma izdivacdan sonra onunla yaxınlıq etmiş olsa, eyni hökmü daşıyır.

Məsələ 2369: Əri olan qadın əgər zina etsə, zina edən kişiyə ehtiyat-vacibə görə əbədi haram olur. Amma öz ərinə haram olmur, belə ki, tövbə etməsə və öz əməlində qalsa, daha yaxşısı odur ki, əri ona təlaq versin. Amma gərək mehrini də versin.

Məsələ 2370: Təlaq verilmiş və siğə olunmuş bir qadın ki, əri onun siğə müddətini bağışlayıb, ya müddəti tamam olub, belə ki, bir müddətdən sonra ərə getsə və sonra şəkk etsə ki, ikinci ərini əqd zamanı birinci ərinin iddəsi tamam olub ya yox, öz şəkkinə etina etməsin.

Məsələ 2371: Ləvat verən oğlanın qızı, bacısı və anası, ləvat edənə baliğ olduğu surətdə, haramdır, hərçənd xütnəgahdan az daxil olmuşsa da. Həmçinin ləvat verən kişi olsa və ya ləvat edən baliğ olmasa da ehtiyat-lazıma əsasən, hökm eynidir. Amma daxil olduğunu guman edərsə və ya daxil olub-olmadığında şəkk edərsə, ona haram olmurlar. Həmçinin livat edənin anası, bacısı, qızı ləvat verənə haram deyil.

Məsələ 2372: Əgər şəxs bir qadınla izdivac edərsə və izdivacdan sonra onun atası, qardaşı, ya oğlu ilə ləvat etsə, ehtiyat-vacibə əsasən, o qadın o kişiyə haram olur.

Məsələ 2373: Əgər bir kəs, həcc əməllərindən biri olan ehram halında, bir qadınla izdivac etsə, hərçənd o qadın ehramda olmasa belə onun əqdi batildir, əgər bilsə ki, arvad almaq ona haramdır, daha əbədi olaraq o qadını əqd edə bilməz.

Məsələ 2374: Əgər ehram halında olan qadın, hərçənd ehram halında olmayan bir kişi ilə izdivac etsə, onun əqdi batildir. Əgər qadın bilsə ki, ehram halında izdivac etmək haramdır, ehtiyat-vacib budur ki, sonra o kişi ilə heç vaxt izdivac etməsin.

Məsələ 2475: Əgər kişi, ya arvad həcc və müfrədə ümrə əməllərindən biri olan Nisa təvafını yerinə yetirməsələr, Nisa təvafını yerinə yetirməyənə qədər cinsi ləzzətlər onlara halal olmaz. Amma əgər izdivac etsə, həlq və ya təqsir ilə ehramdan çıxmış olsa, nisa təvafını yerinə yetirməsə belə izdivacı səhihdir.

Məsələ 2376: Əgər bir kəs baliğ olmayan qızı özü üçün əqd edərsə, qızın 9 yaşı tamam olmamışdan qabaq onunla yaxınlıq etməsi haramdır. Amma əgər yaxınlıq etsə, onu ifza (ifzanın mənası 2347-cı məsələdə deyildi) etmiş olsa belə, qız baliğ olandan sonra onunla yaxınlıq etməsi haram deyil. Amma əgər ifza edibsə, gərək onun diyəsini bir insan öldürməyin qan pulunu versin, həmişəlik olaraq onun yaşayış xərclərini versin, hətta təlaqdan sonra. Üstəlik ehtiyat-vacibə görə, əgər o qız təlaqdan sonra başqası ilə izdivac etsə də xərclərini verməlidir.

Məsələ 2377: Arada iki dəfə rücu və ya əqd olmaqla üç dəfə təlaq verilən qadın ərinə haram olur. Amma əgər təlaq hökmlərində deyiləcək şərtlər ilə, başqa kişi ilə izdivac etsə və ikinci əri təlaq versə, ya ölsə, onun iddəsinin zamanı keçəndən sonra birinci ər onu yenidən əqd edə bilər.

Paylaş:
Baxış sayı: 10693

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.