Əhli Beyt(ə) şiələri və onların xüsusiyyətləri

Əhli Beyt(ə) şiələri və onların xüsusiyyətləri

İmam Baqir əleyhissalam Cabirə buyurdu: Ey Cabir, şiə olmaq üçün təkcə biz Əhli-beytə məhəbbət bəsləmək kifayət edərmi? Allaha and olsun, bizim şiələrimiz Allah qarşısında təqvalı olub itaət edənlərdir, onlar yalnız təvazökarlıqla, mülayimlik edib əmanətdar olmaqla, Allahı çox yad etməklə, çox oruc tutub namaz qılmaqla, valideynə yaxşılıq etməklə, qonşulara, yoxsullara, miskinlərə, borclulara, yetimlərə mehriban və vəfalı olmaqla, sözü doğru olan, Qur`an tilavət etməklə camaat barəsində yalnız xeyirli sözlər danışmaqla tanınarlar və bütün işlərdə öz qohum-əqrəbasının əmanətdarlarıdır.

Kafi /2/74.
***
Süleyman ibni Mehran deyir: İmam Sadiq əleyhissalamın yanına getdik. Onun hüzurunda bir dəstə şiə var idi. Həzrət buyurdu: Ey şiələr, bizim üçün zinət olun, rüsvayçılıq səbəbi olmayın. Camaatla yaxşı davranın, dilinizi qoruyun, onu yersiz danışmaqdan və nalayiq sözlərdən saxlayın.

Əmali /400.
***
Əbdüllah ibni Bükeyr İmam Sadiq əleyhis-salamdan belə nəql edir: Həqiqətən biz (Əhli-beyt) ağıllı, düşüncəli, fəqih, həlim, tədbirli, səbirli, sədaqətli və vəfalı şəxsləri sevirik. Həqiqətən Allah-taala peyğəmbərlərə bəyənilmiş əxlaq, gözəl xislətlər bəxş etmişdir. Hər kəsdə o xüsusiyyətlər olsa, gərək bu ne`mət üçün Allaha şükür etsin və hər kimsə bu xüsusiyyətlərə malik olmasa, Allahın hüzurunda yalvarıb onları istəsin. (Bükeyr deyir) Soruşdum ki, sənə fəda olum, onlar hansılardır? Buyurdu: Onlar vər`ə (təqvanın ən yüksək mərhələsi), qənaət, səbir, şükür, helm, həya, səxavət, şücaət, qeyrət, yaxşılıq, düz danışmaq və əmanəti (sahibinə) qaytarmaqdır.

Kafi /2/56.
***
İmam Baqir əleyhissalam buyurur: Hər kəs Allaha itaət etsə (müti olsa), bizim dostumuzdur. Hər kəs Allaha asi (üsyankar, günah edən) olsa, bizim düşmənimizdir.

Kafi /2/75.

Paylaş:
Baxış sayı: 15003

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.