Dövrün imamına beyət

Dövrün imamına beyət

1. “Kim boynunda dövrün imamının beyəti (əhd-peymanı) olmadan ölsə, cahiliyyət dövrünün ölüsü kimidir”
(Sənəd: “Səhih Müslim” c.3,səh.1478; “Sunənul-Kubra” Beyhəqi, c.8,səh.156; “Məcməuz-Zəvaid” c.5,səh.218; “Mişkatul-Məsabih” c.2,səh.1088; “Silsilətul Əhadisus-Səhihə” c.2,səh.715);

2.  “Kim imamsız ölsə cahiliyyət dövrünün ölüsü kimi ölmüşdür.”
(sənəd: “Müsnəd” Əhməd ibn Hənbəl, c.4,səh.96; “Məcməuz-Zəvaid” Heysəmi, c.5,səh.218; “Müsnəd” Təyalisi, səh.295; “Əl-İhsan” ibn-Həbban, c.7,səh.49; “Hilyətul-Əvliya” c.3,səh.22);

3. “Kim (öz dövrünün imamına) itaəti olmadan ölsə, cahiliyyət dövrünün ölüsü kimi ölmüşdür”.
(Sənəd: “Məcməuz- Zəvaid” Heysəmi, c.5,səh.224; “Kitabus-Sunnəti” c.2,səh.483). Vəhhabilərin şeyxi olan Əlbani bu hədisi nəql etdikdən sonra demişdir: “Hədisin sənədi həsəndir (yaxşıdır), hədisi rəvayət edən kişilər
etibarlıdırlar.”;

4. “Kim, “imam camaatı” olmadan ölsə, onun ölüsü cahiliyyət dövrünün ölüsüdür”.
(Sənəd: “Mustədrək” Hakim Nişapuri, c.1,səh.150). Nişapuri bu hədisi nəql etdikdən sonra deyir: Bu hədis Buxari və Muslimin şərtlərinə əsasən səhihdir (düzdür). Zəhəbi də bu hədisi dəstəkləmişdir. c.1,səh.204;

5. “Kim başının üstündə imamı olmamış ölsə, cahiliyyət dövrünün ölüsü kimi ölmüşdür”.
(Sənəd: “Mucəmul-Kəbir” Təbərani, c.10,səh. 298; “Mucəmul Əvsat” c.2,səh.317, c.4,səh.232; “Musnəd” Əbu Yəla, c.6,səh.251; “Kitabus-sünnəti” ibn Əbu Asim, c.2,səh.489; “Məcməuz-Zəvaid” Heysəmi, c.5,səh.224-225);

Paylaş:
Baxış sayı: 14971

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.