Qeyb dövründə İmamın(əc.f.ş.) məkanı

Qeyb dövründə İmamın(əc.f.ş.) məkanı

Həzrəti Məhdi(əc.f.ş.) Məhəmməd İbrahim ibn Məhziyara belə buyurur:
“Ey Məhyizarın oğlu, atam İmam Həsən Əskəri(ə) mənimlə, Allahın qəzəbinə gəlmiş, Onun dünya və Axirətdə xar etdiyi mənfur və əzaba düçar olmuş insanlarla qonşu olmamağım haqqında əhd-peyman bağlamışdır. Mənə keçilməz dağlarda, şəhərlərin xarabalıqlarında məskən salmağı göstəriş vermişdir.”
Hədisə görə , Həzrəti Məhdi(əc.f.ş.) həm qısa müddətli həm də uzunmüddətli qeybi dövründə səhralarda və ya düzlərdə məskən salır. Ehtimal da olsa o Həzrətin(əc.f.ş.) digər məkanlarda da yaşama imkanına malik olmasını ifadə edən hədislər , bu deyilən hədislə təzad təşkil etmiş olur. Lakin bu məkanlarda görünə bilmə ehtimalının möcüzə sayəsində reallaşa biləcəyini nəzərə alsaq , hədislərin məzmununda ifadə olunan məsələdən ötrü möcüzəyə ehtiyac olmadığının şahidi oluruq.
Hz. Məhdinin(əc.f.ş.) məkanıyla bağlı fikri iki nəzəriyyənin fonunda ümumi qaydalar və mövzu ilə bağlı xüsusi rəvayətlər əsasında araşdıracağıq;
Ümumi qaydalardan:
1. İmamın(ə) məkanı bəzi məsləhətli müstəsna halları nəzərə almasaq naməlum qalmalıdır.
2. İmamın(ə) kimlik və şəxsiyyətinin anonim qalması üçün ətrafın diqqətini çəkmədən , sirrini açmadan səhrada , dənizdə, səmada , istədiyi məkanda yaşaya bilər və ya istədiyi yerə köçə də bilər. Diqqətin yaranmaması üçün İmamın(ə) daim bir yerdə yaşamaması da bu nəzəriyyənin tələblərindəndir. Demək ki, insanların diqqətindən yayınmaq üçün tez-tez yerdəyişmə etməlidir.
Hədislərdən:
Müfəzzəl ibn Ömərdən nəql edilən hədisdə belə deyilir: “İşlərini həyata keçirənlər istisna olmaqla, yerini hətta övladlarından da kimsə bilməyəcəkdir. “
Hədisin məzmunu əvvəldə qeyd etdiyimiz ibn Məhziyara istinad edilən, İmamın(ə) yalnız keçilməz dağlarda, şəhərlərin xarabalıqlarında , Allahın qəzəbinə düçar olmuş insanların olmadığı yerlərdə məskən salacağını xəbər verən hədisin məzmunu ilə oxşarlıq təşkil edir.
Əbu Bəsrin İmam Baqirə(ə) nisbət verdiyi hədis:
“Bu əmr sahibinin yeganə çarəsi uzaqlaşmaqdır. Uzaqlaşdıqda güc-qüvvə toplamalıdır. Üç yüz nəfər yoldaşı olduqdan sonra Tənhalığa son qoyulacaq. Təyyibə gözəl bir yerdir.” (Şeyx Tusi, Əl Ğeybə, 102)
Hədislərin təhlili:
Sonuncu hədis birinci ilə, insanlardan uzaqlaşmaq anlamında uyğundur. Hədislərin fərqli tərəflərisə sonuncu hədisə görə bir qrup insanın bütün zamanlarda o Həzrəti(ə) tanıya bilməsi, onu tək qoymaması, əvvəlki hədisə görə isə, xüsusi xidmətçilərədn başqa heç kəsin İmamın(ə) yerindən xəbər tuta bilməyəcəyi anlamındadır. Hətta sonuncu hədisdə, İmamın(ə) yeri Peyğəmbər(s) şəhəri olan Təyyibə kimi qeyd olunur.
Qeyd etdiyimiz hədisdə araşdırılması zəruri olan 3 məqam vardır:
1.Həzrəti Məhdinin(əc.f.ş.) Mədinədə məskunlaşmasıdır. Bu məqamı İbn Məhziyara istinad edilən “imamın yeri səhralar və çöllüklərdir” məzmunlu hədis və həmin Həzrətin(ə) qisamüddətli və uzunmüddətli qeyb dövründə Mədinə deyil, müxtəlif yerlərdə olduğunu bildirən hədislər inkar edir.
Bu ziddiyətləri nəzərə almasaq, Mədinədə yaşamaq ümumi qaydalara görə ziddiyət təşkil etmir. İmamın(ə) cismən gizli saxlanılmasnın zəruriliyini nəzərə alsaq da onun Mədinədə yaşamasının heç bir müşkülü yoxdur. Kimlik və əlamətlərinin gizli qalması zəruriliyinə əsasən bu məskunlaşmanı o həzrətin(ə) tanınmasına səbəb olmayan xüsusiyyətləri ehtiva edən bir məzmunla izah etməliyik. Çünki uzun müddət bir yerdə yaşaması, diqqətləri öz üzərinə çəkməsinə səbəb ola bilər. O zaman onun hər dövrdə başqa bir məkanda yerləşməsi nəzərini irəli sürə bilərik. Ola bilər ki, planlaşdırdığı yerə gedmədən öncə Mədinədə məskunlaşır. Bir şəhərdə bu cür məskunlaşma onun kimliyilə bağlı gümanları boşa çıxarır. İmamın(ə) hörmətli babası, Həzrəti Peyğəmbərin(s) dəfn olunduğu yerə yaxın , hər Həcc mərasimində iştirak edə bilmə imkanını asanlaşdıran bir yerdə yaşaması daha məqsədəuyğundur. Burda bir məsələni nəzərdən qaçırmamalıyıq ki, əksər dövrlərdə Mədinə əhalisinin çox hissəsi İmamın(ə) mövcudluğunu inkar etmişdir. Bu da onun burada yaşadığı müddətdə diqqət cəlb etməsinə səbəb olur.
2.Hədislərin məzmunca bir qrup insanın o həzrətlə(ə) birlikdə yaşayıb-yaşamaması ilə bağlı fərqli məqamları ifadə etməsidir. Hər iki məqamı müqayisə etmək üçün onları ümumi qaydalar çərçivəsində araşdırmalıyıq. Müqayisənin nəticəsinə əsasən bu məqamların biri qeyd forması ilə bağlı mövcud iki nəzəriyyədən məqbul sayılanı ilə təzad təçkil edəcək. Əgər birinci nəzəriyyəni qəbul etsək o zaman Müfəssəl ibn Ömərin nəql etdiyi hədisi qəbul etməliyik. Hədisin məzmunu bütün cəhətlərdən birinci nəzəriyyə ilə tam uyğun gəlməsə də (çünki İmamın(ə) xüsusi xidmətçisi onunla görüşür və onu tanıyır) nəzəriyyə üçün ən optimaldır. İkinci nəzəriyyəyə əsasən Əbu Bəsrin qeyt ediyi hədis daha məqsədə uyğundur. Bu hədis də sözü gedən nəzəriyyə ilə tamamlıq təşkil etmir. Çünki hədis İmamla(ə) görüşüb onu tanıyanların sayını hər dövr üçün üç yüz nəfərlə məhdudlaşdırır. Əgər onlar olmasa o zaman İmam(ə) tək-tənha sıxıcı ömür sürəcək. Lakin birinci nəzəriyyənin spesifik göstəricilərinə görə İmam(ə) yalnız üç yüz nəfərlə deyil anonim surətdə böyük bir toplum içərisində yaşayıb istədiyi şəxslə əlaqə yarada bilər. Əlbəttə üç yüz nəfərin onun gerçək kimliyini tanıdığını da iddia etmək olar. Bu ehtimal nə qədər ağla batan olsa da özünü doğrultmur. Çünki artıq bu üç yüz nəfərin olmaması cansıxıcı həyat tərzinə səbəb olmur.
3.Hər iki hədisin açıq-aşkar ifadə etdiyi uzaqlaşma faktıdır. Qeyd olunan məsələni aşağıdaki göstrilən iki formanın biri əsasında izah etmək olar.
1ci formaya əsasən uzaqlaşma nisbi xarakter daşıyır. Həzrəti Məhdi(ə) insanlar arasında gerçək kimliyilə deyil, adi adamlar kimi anonim həyat sürür. Bu yanaşma ikinci nəzəriyyəyə uyğun gəlir. Qeyd olunan məsələ hər iki hədisin zahiri mənasıyla ziddiyət təşkil etsə də bir qədər dəqiq yanaşma ilə ixtilaf öz həllini tapər.
2ci formaya əsasən uzaqlaşma mütləq xarakter daşıyır. Bu da birinci nəzəriyyəyə daha uyğun gəlir. Ikinci nəzəriyyə ilə təzad təşkil etmir. Çünki İmam(ə) insanlardan uzaqlaşsa da görünə bilər lakin tananmaz. Amma anonimlik saxlandığı təqdirdə bu qəbildən olan fərziyyə yürütməyə ehtiyac yoxdur.

Paylaş:
Baxış sayı: 11972

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.